Paşinyanın Qarabağ planı - Yeni müharibə astanasında

Paşinyanın Qarabağ planı - Yeni müharibə astanasında
SİYASƏT
15:23 21.09.2020
1059

Ermənistanın Azərbaycana qarşı təxribatları davam edir. İyunda dövlət sərhədində törədilən hadisənin ardınca sentyabrın 20-də Ermənistan silahlı qüvvələrinin bölmələrinə məxsus taktiki pilotsuz uçuş aparatı (PUA) ölkəmizin dövlət sərhədini pozub və Azərbaycanın Hava Hücumundan Müdafiə bölmələri tərəfindən məhv edilib.

AZXEBER.COM Report-a istinadla xəbər verir ki, Azərbaycan Müdafiə Nazirliyinin sentyabrın 21-də yaydığı bəyanatda deyilir: "Ermənistan və Azərbaycan qoşunlarının təmas xəttində və Ermənistanla dövlət sərhədi istiqamətində vəziyyət düşmən tərəfindən məqsədyönlü şəkildə getdikcə daha da gərginləşdirilir.

Son zamanlar Ermənistan silahlı qüvvələrinin bölmələri tərəfindən atəşkəs rejiminin kobud şəkildə pozulması hallarının artması, təmas xəttinə yaxın yaşayış məntəqələrimizin, mülki əhalinin və infrastrukturun müntəzəm atəşə tutulması, daha iriçaplı silahlardan istifadə olunması, mövqelərimizə qarşı keçirilən kəşfiyyat-təxribat fəaliyyətləri, o cümlədən pilotsuz uçuş aparatlarının (PUA) geniş tətbiqi cəbhədə vəziyyətin ciddi kəskinləşməsinə səbəb olub.

"Bütün hallarda Azərbaycan Ordusunun qoşun növlərinin tətbiqi ilə düşmən təxribatlarının qarşısı alınıb və o, ağır itkilərə məruz qalıb. Belə ki, dünən gecə saatlarında Hava Hücumundan Müdafiə bölmələrimizin fəaliyyəti nəticəsində düşmənin daha bir taktiki PUA-sı məhv edilib”, - bəyanatda vurğulanıb.

Rəsmi Yerevan dövlət sərhədində və qoşunların təmas xəttində vəziyyəti niyə gərginləşdirir? Ermənistan Azərbaycanla müharibə etmək istəyir? İşğalçı ölkənin belə arxayın hərəkət etməsinə səbəb nədir?

Ermənistanda ictimai-siyasi və iqtisadi vəziyyət keçmiş iqtidarların dövründəkindən fərqlənmir. Əhalinin güzəranı günü-gündən ağırlaşır. Müxalifət lideri, milyonçu deputat Qaqik Sarukyanın dediyi kimi, son 2 ildə ağır sosial durum səbəbindən 120 mindən çox insan Ermənistanı tərk edib.

Ermənilərin başlıca dolanışıq mənbəyi sayılan Rusiyanın qapılarını bağlaması isə Ermənistanda gərginliyi daha da artırıb. Bir neçə həftədir buna etiraz olaraq Ermənistanda aksiya keçirilir. Hətta "Rusiyanı istəyirəm!” şüarı altında avtomobil yürüşü təşkil olunub.

Müxalif Çiçəklənən Ermənistan Partiyasından olan deputat Mikael Melkumyan Rusiya Dövlət Dumasının MDB işləri üzrə komitəsinin başçısı Leonid Kalaşnikova ermənilərin Rusiyaya buraxılması üçün müraciət edib. Ermənistan baş nazirinin müavini Mqer Qriqoryan sərhədin oktyabrın 8-9-da açılacağını bildirib. Ancaq Rusiya tərəfi hələ bu barədə heç bir açıqlama yaymayıb. Bu aksiyalar və sərhədin bağlı saxlanılması Moskvanın Yerevana qarşı "yüngül güc” siyasəti tətbiq etməsi kimi qiymətləndirilməlidir. Bütün bunlar isə iki ölkə arasında münasibətlərin gərgin olduğunu göstərir.

Ermənistanın ABŞ-la münasibətlərinin də yüksək səviyyədə olduğunu söyləmək mümkün deyil. Sentyabrın 14-də iki ölkə arasında strateji dialoqun ikinci mərhələsi keçirilib. Onlayın formada baş tutan danışıqlarda ikitərəfli əlaqələrin inkişafı, müqavilələrin icra vəziyyəti müzakirə olunub. Qeyd etmək yerinə düşər ki, bu format 2018-ci ilin aprel hadisələrindən sonra (Nikol Paşinyanın hakimiyyətə gəlməsinə səbəb olan etiraz aksiyaları) yaradılıb.

Erməni təhlilçilər və mütəxəssislər ABŞ-la münasibətlərin aşağı səviyyədə olmasından narazıdırlar. Onların fikrincə, qonşu dövlətlər Ağ ev üçün strateji əhəmiyyət daşıdıqları halda Ermənistan sadəcə danışıqlar aparılan bir dövlət statusundadır. Ermənistanın ABŞ-la ticarət əlaqələri quran dövlətlər arasında 170-ci yerdə olması da, işğalçı ölkənin rəsmi Vaşinqton üçün o qədər də böyük əhəmiyyət daşımadığını göstərir.

Ermənistandakı mövcud hökuməti və onun yürütdüyü siyasəti Rusiya və ABŞ da tam dəstəkləmir, hakimiyyətdəki siyasi qüvvələri təcrübəsiz sayaraq ölkəni daha ağır vəziyyətə sürüklədiyini bilirlər.

Ermənistanda sosial-iqtisadi tənəzzül fonunda siyasi proseslər getdikcə gərginləşir. Ölkədə yeni siyasi müxalifət formalaşır. Onlardan birinin lideri, Milli Təhlükəsizlik Xidmətinin keçmiş direktoru, Vətən Partiyasının sədri Artur Vanesyan ölkədəki vəziyyətdən çıxış yolunun dəyişikliklərdə olduğunu vurğulayaraq bildirib ki, yaxın zamanda Ermənistanda ciddi siyasi hadisələr olacaq. Onun sözlərinə görə, başçılıq etdiyi partiya həmin siyasi prosesdə aparıcı rol oynayacaq.

Rəsmi Yerevan ölkədə yaranmış vəziyyətdən çıxış yolunu diqqəti yayındırmaqda görür. Başqa sözlərlə, baş nazir N.Paşinyanın və hökumətinin Azərbaycana qarşı təxribat xarakterli addımları diqqəti həllində çətinlik çəkdiyi çoxsaylı problemlərdən yayındırmaq məqsədi daşıyır. Törətdiyi təxribatın cavabı verildikdə isə ölkə cəmiyyətinə və beynəlxalq ictimaiyyətə "Türkiyə-Azərbaycan Ermənistanı təkləyir” ismarışını verməyə çalışır, köhnə bayatını yenidən oxuyurlar: Ermənilər iki türk dövlətinin mühasirəsində qalıb, "inildəyir” və s.

Bu erməniliyin əsas xəttidir: "Biz ermənilər türklərlə əhatə olunmuşuq. Belə şəraitdə nəfəs belə ala bilmirik”. Onlar Türkiyə, Azərbaycan Respublikası, Güney Azərbaycan, Gürcüstanda Borçalı bölgəsini nəzərdə tuturlar.

Ermənilərin Azərbaycan və Türkiyəyə atdığı çirkabların cavabını Azərbaycan Prezidenti İlham Əliyev sentyabrın 19-da Heydər Əliyev adına Bakı dərin özüllər zavodunda "Abşeron” yatağının dəniz əməliyyatlarının təməlqoyma mərasimindən sonra yerli televiziyalara müsahibəsində verib: "Ermənistan regional sabitlik üçün təhdiddir. Ermənistan Türkiyəyə qarşı ərazi iddiası irəli sürüb. Bu, onların konstitusiyasında öz əksini tapıb, təsbit edilib. Ermənistan indi Sevr müqaviləsini canlandırmaq istəyir.

Sən səfalət içində, özü də özünə aid olmayan yerlərdə dövlət qurmuş balaca bir ölkə Türkiyə boyda ölkəyə necə iddia qaldıra bilərsən, onu necə ittiham edə bilərsən?! Sən heç olmasa öz potensialına da bax, Türkiyənin potensialına da bax. Bizim Türkiyə ilə sıx əlaqələrimiz bundan sonra da inkişaf edəcək...”.

Sentyabrın 21-də səhər saatlarında isə Ermənistan Azərbaycanla dövlət sərhədinin Tovuz rayonu istiqamətində daha bir təxribat törədib. Nəticədə Azərbaycan Ordusunun müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu kiçik çavuş Məmmədov Elşən Əli oğlu şəhid olub.

Belə görünür, Ermənistan Azərbaycanla müharibə etmək istəyir. Prezident İlham Əliyev yerli televiziyalara müsahibəsində bununla bağlı deyib: "Ermənistan aqressiv dövlətdir. Onların Azərbaycana, azərbaycanlılara qarşı nifrəti çirkin siyasətlərində də özünü göstərir. Bir daha demək istəyirəm və onlara xəbərdarlıq etmək istəyirəm ki, əgər öz çirkin planlarından əl çəkməsələr, onlar üçün çox ağır nəticələr olacaq”.

Dövlət başçısı Ermənistanın davranışını belə xarakterizə edib: "Onlar yeni müharibəyə hazırlaşırlar. Təmas xəttinə yaxın onların qüvvələrinin konsentrasiyası baş verir. Biz hər şeyi görürük, hər şeyi izləyirik. Onların bütün hərəkətlərini izləyirik. Əlbəttə ki, özümüzü müdafiə edəcəyik. Necə ki, Tovuzda özümüzü müdafiə etdik, bütün başqa istiqamətlərdə də özümüzü müdafiə edəcəyik. Onlar üçün Tovuz hadisələri növbəti dərs oldu. Əgər yeni dərs almaq istəyirlərsə, biz buna hazırıq”.

Ermənistanın əvvəlki dövrlərdə və son sutkada Azərbaycana qarşı törətdiyi təxribatlar cavabsız qalmayacaq. Bu cavab isə Ermənistanda xaosa səbəb ola bilər. İşğalçı dövlət tərəfindən törədilən təxribatlar deməyə əsas verir ki, Nikol Paşinyan hakimiyyətdə olduğu 2 il 5 ay ərzində dövləti idarə etmək üçün təcrübə toplaya bilməyib. Çünki dövlət sərhədində törədilən bütün təxribatlar onun hökumətinin ziyanına işləyir. Bu hər kəsə gün kimi aydın bir məsələdir. Bunu paşinyançılar bilmirsə, yaxud ona əməl etmirlərsə, deməli, Ermənistanı Nikol deyil, başqa qüvvələr idarə edir. Paşinyanın və komandasının zəifliyindən istifadə edərək Azərbaycana qarşı son 3 ayda ard-arda təxribatlar törədirlər.

Bunu Azərbaycana təzyiq vasitəsi də saymaq olar. Belə ehtimal etmək olar ki, Ermənistandakı zəif hakimiyyətdən istifadə edən həmin qüvvələr rəsmi Bakının səbrini yoxlayır, Azərbaycanda qarışıqlıq salmaq istəyirlər.

Bütün hallarda Dağlıq Qarabağ və ətraf rayonlar işğaldan azad edilməyənədək müharibə həm Ermənistanın, həm də Azərbaycanın qapısından çəkilməyəcək. Bunu isə bölgəyə ermənilər vasitəsilə gətiriblər. Müharibəni Ermənistan istəyir və bunun cavabını gec-tez alacaqlar. Bu həm də onun havadarlarının bölgədə törətdikləri təxribatlara cavab olacaq.


 
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Monteneqro Prezidenti Azərbaycana səfər edəcək
15:59 12.11.2026
Monteneqro Prezidenti Azərbaycana səfər edəcək
Azercell 100 müəllimin süni intellekt bacarıqlarını inkişaf etdirib
15:56 12.11.2026
Azercell 100 müəllimin süni intellekt bacarıqlarını inkişaf etdirib
12 Noyabr – Konstitusiya Günü: Azərbaycan dövlətçiliyinin hüquqi təməlləri və suveren inkişafının təminatı
15:48 12.11.2026
12 Noyabr – Konstitusiya Günü: Azərbaycan dövlətçiliyinin hüquqi təməlləri və suveren inkişafının təminatı
Xameneinin müşaviri: ABŞ şərtimizi qəbul etməsə, danışıqlar aparılmayacaq
15:46 12.11.2026
Xameneinin müşaviri: ABŞ şərtimizi qəbul etməsə, danışıqlar aparılmayacaq
Teymur Musayevə QDF-in COP31-də iştirakının məqsədi ilə bağlı məlumat verildi
15:38 12.11.2026
Teymur Musayevə QDF-in COP31-də iştirakının məqsədi ilə bağlı məlumat verildi
Zelenski: "Starlink" Ukrayna ordusunun internet sürətini məhdudlaşdırıb
15:26 12.11.2026
Zelenski: "Starlink" Ukrayna ordusunun internet sürətini məhdudlaşdırıb
Prezident Dublindəki Konqres Mərkəzinə gəlib - VİDEO
15:23 12.11.2026
Prezident Dublindəki Konqres Mərkəzinə gəlib - VİDEO
Tənqidə qapalı icra hakimiyyəti –  Füzuli RİH şərhləri niyə bağlayıb? - Yenilənib
15:13 12.11.2026
Tənqidə qapalı icra hakimiyyəti – Füzuli RİH şərhləri niyə bağlayıb? - Yenilənib
İlham Əliyev Dublində Volodimir Zelenski ilə görüşdü - VİDEO
15:12 12.11.2026
İlham Əliyev Dublində Volodimir Zelenski ilə görüşdü - VİDEO
Yüksək vəzifəyə təyin olunan gənc 23 gün sonra işsiz qaldı
14:52 12.11.2026
Yüksək vəzifəyə təyin olunan gənc 23 gün sonra işsiz qaldı
“Azərsun Holdinq” yerli fermerlərdən zeytun qəbulunu davam etdirir
14:46 12.11.2026
“Azərsun Holdinq” yerli fermerlərdən zeytun qəbulunu davam etdirir
İsmayıllıda sakinlərin səbr kasası daşdı – Aylardır qalan şikayətlər həll olunmur
14:31 12.11.2026
İsmayıllıda sakinlərin səbr kasası daşdı – Aylardır qalan şikayətlər həll olunmur
“Adımız var, səlahiyyətimiz yoxdur” – Deputatlar Naqif Həmzəyevin fikri ilə razılaşırmı?
14:29 12.11.2026
“Adımız var, səlahiyyətimiz yoxdur” – Deputatlar Naqif Həmzəyevin fikri ilə razılaşırmı?
Əhliman Əmiraslanov Milli Məclisdə vətəndaşları qəbul etdi - FOTOLAR
14:00 12.11.2026
Əhliman Əmiraslanov Milli Məclisdə vətəndaşları qəbul etdi - FOTOLAR
Bu şəxslər üçün şad xəbər: Elektrik xərcinin yarısını dövlət ödəyəcək
13:35 12.11.2026
Bu şəxslər üçün şad xəbər: Elektrik xərcinin yarısını dövlət ödəyəcək
Trampın Rusiyadan Avropa üçün təhlükəsizlik təminatı istəməsinin əsl məqsədi nədir?
13:27 12.11.2026
Trampın Rusiyadan Avropa üçün təhlükəsizlik təminatı istəməsinin əsl məqsədi nədir?