Paşinyanın Rusiya səfəri nə vəd edir? - Ekspertdən açıqlama

Paşinyanın Rusiya səfəri nə vəd edir? - Ekspertdən açıqlama
SİYASƏT
14:34 06.07.2026
509
Ermənistanın Baş naziri Nikol Paşinyan seçkilərdən sonra ilk dəfə Rusiyaya işgüzar səfərə gedib. Məlumata görə, Paşinyan Rusiyaya səfəri çərçivəsində İNNOPROM-2026 beynəlxalq sənaye sərgisinə qatılacaq və sərgi çərçivəsində keçiriləcək "Sənaye 360” mövzusuna həsr olunmuş plenar iclasda iştirak edəcək.

Paşinyanla Rusiyanın Baş naziri Mixail Mişustin arasında görüş də planlaşdırılır.
 
Qeyd edək ki, Rusiya ilə Ermənistan arasında münasibətlər uzun müddətdir əvvəlki səviyyədə deyil. Son dövrlərdə iki ölkə arasında bir sıra məsələlərə görə fikir ayrılıqları müşahidə olunur və bu, münasibətlərdə gərginliyə səbəb olub.

Politoliq Oqtay Qasımov AZXEBER.COM-a açıqlamasında deyib ki, Paşinyan Rusiya ilə münasibətləri normallaşdırmağa çalışır:

"Paşinyanın Rusiyaya səfəri rəsmi dövlət səfəri deyil. Nəzərə almaq lazımdır ki, o, Moskvaya deyil, Urala səfər edəcək. Bundan bir müddət əvvəl də Rusiya Federasiyası hökumətinin sədri Mixail Mişustin və Nikol Paşinyan arasında telefon danışığı baş tutmuşdu. Paşinyan, görünür, Rusiya ilə münasibətləri normallaşdırmağa çalışır. Çünki son bir neçə ay ərzində Rusiya tərəfindən Paşinyan hakimiyyətinə qarşı ciddi tənqidlər və təzyiqlərin şahidi olmuşuq. Xüsusilə də Rusiyanın Ermənistana qarşı müxtəlif təzyiq alətlərini işə salınıb”.

O qeyd edib ki, Rusiya da müəyyən mənada reallıqları nəzərə alaraq Paşinyan hakimiyyəti ilə əməkdaşlığı davam etdirməyə çalışacaq:

"Lakin bir neçə gün əvvəl Ermənistan Konstitusiya Məhkəməsi seçkilərin nəticələrini elan etdikdən sonra Rusiya da müəyyən mənada reallıqları nəzərə almağa məcbur olacaq və Paşinyan hakimiyyəti ilə əməkdaşlığı davam etdirməyə çalışacaq. Paşinyan iki ölkə arasında əlaqələri normallaşdırmaq üçün səfəri fürsət kimi dəyərləndirməlidir. Putinlə Paşinyan arasında görüş olmayacaq. Rusiya ilə Ermənistan arasında münasibətlərin tam normallaşması üçün hələ müəyyən zaman tələb olunacaq”.

Şahanə Ziyad
OXŞAR XƏBƏRLƏR