Paşinyanın təyyarəsi qanunsuz olaraq Rusiyadan hərbi yük daşıyıb

Paşinyanın təyyarəsi qanunsuz olaraq Rusiyadan hərbi yük daşıyıb
SİYASƏT
16:31 11.05.2021
1122

Ermənistan rəhbərliyi növbəti dəfə beynəlxalq hüquqi normaları pozaraq öz həqiqi simasını göstərdi.


Caliber.Az-ın əldə etdiyi məlumata əsasən, bu il may ayının 5-də rəsmi İrəvan zirehli gödəkçələrin Rusiyadan Ermənistana gətirilməsini həyata keçirib. Üstəlik, bunu Gürcüstanın hava məkanından istifadə edərək "Bort № 1”in vasitəsi ilə həyata keçirib.

Xatırladaq ki, Gürcüstan Ermənistan Respublikası Müdafiə Nazirliyi üçün nəzərdə tutulmuş zirehli gödəkçələrinin öz ərazisindən keçirməsinə imtina etmişdi.


Belə ki, Gürcüstan sərhədçiləri mayın 1-də yük maşınlarında daşınan zirehli gödəkçələrin Rusiya ərazisindən Ermənistana göndərilməsinə icazə verməyiblər.

Martın 5-də Moskvadan göndərilən zirehli gödəkçələrin olduğu iki yük maşını bir aydan çox müddət ərzində Rusiya-Gürcüstan sərhədinin "Yuxarı Lars” nəzarət-keçid məntəqəsinin neytral zonasında qalıb. Martın 28 isə Gürcüstan sərhədçiləri sürücülərin bütün sənədlərini əllərindən alıb.

Sərhəddə bir aydan çox müddətdə qalan yük sonra yenidən Rusiyaya göndərildi.

Görünür Ermənistandakıların ağılına bu məsələnin Beynəlxalq Mülki Aviasiya haqqında Çikaqo Konvensiyasına standartlarına zidd olmasına baxmayaraq, yüklərin "Bort №1”lə daşınmasından daha yaxşı variant gəlməyib.

Bizə məlum olub ki, 29 aprel tarixində "701” qeydiyyat nişanlı "Airbus A319-132” təyyarəsi İrəvandan havaya qalxaraq baş nazir vəzifəsini icra edən Nikol Paşinyanı və onun rəhbərlik etdiyi rəsmi heyəti Avrasiya İqtisadi Birliyinin Hökumətlərarası Şurasının iclasında iştirakını təmin etmək üçün Kazana uçub.

Daha sonra mətbuatda yayılan məlumatda qeyd olunurdu ki, erməni nümayəndə heyətinin Kazandan İrəvana qaytarmalı olan təyyarədə texniki nasazlıq yaranıb və erməni rəsmilərinin başqa bir təyyarədə ölkəyə qaytarılmasına qərar verilib.

Eyni zamanda, sözügedən təyyarə təmir üçün Kazanda qalıb.

Caliber.Az-ın diplomatik mənbələrdən əldə etdiyi məlumata əsasən, Ermənistan tərəfi mövcud vəziyyətdən istifadə edərək Ermənistanın Rusiya Federasiyasındakı səfirliyinin təşəbbüsü ilə "Bort № 1” təyyarəsini Vladikavkaza göndərərək Ermənistan müdafiə nazirliyi üçün nəzərdə tutulmuş və əvvəllər Gürcüstan ərazisindən Ermənistana buraxılmayan zirehli gödəkçələrin daşınması üçün istifadə edib.

Flighradar24.com-un məlumatına görə, "Bort № 1” mayın 5-də Kazandan havaya qalxıb və Vladikavkaz hava limanına qısamüddətli eniş edib.

Saat 13:17-də təyyarə Şimali Osetiyanın paytaxtına enib, oradan, saat 16:46-da qalxaraq Gürcüstan ərazisindən tranzitlə İrəvana uçub və saat 18:06-da eniş edib.

Beləliklə, erməni tərəfi bir daha humanitar yardım bəhanəsi ilə prezidentin rəsmi təyyarəsindən istifadə edərək bütün hüquqi normaları kobud şəkildə pozub, həmçinin Gürcüstan hakimiyyətinin qadağalarına məhəl qoymayaraq ölkəyə qanunsuz olaraq hərbi məhsulları daşıyıb.

Qeyd etmək lazımdır ki, bu, ilk belə hal deyil. Belə ki, 3 oktyabr 2020-ci ildə Qarabağdakı döyüş əməliyyatları zamanı Ermənistan hökuməti Moskva-İrəvan marşrutu üzrə nəzərdə tutulan rəsmi təyyarədə hərbi məhsulların Gürcüstanın hava məkanından istifadə edərək ölkəyə daşınmasını həyata keçirib.

Bu hərbi yüklərin çatdırılmanı həyata keçirmək üçün Ermənistan baş nazirinin müavini Mher Qriqoryan 3 oktyabrda Moskvaya bir günlük işgüzar səfər edib.

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Tramp Nobel sülh mükafatını almadığına görə narazıdır
17:28 10.10.2026
Tramp Nobel sülh mükafatını almadığına görə narazıdır
AI gənc riyaziyyatçıların karyera imkanlarını məhdudlaşdırır
17:12 10.10.2026
AI gənc riyaziyyatçıların karyera imkanlarını məhdudlaşdırır
Fələstində prezident seçkilərinin yeni vaxtı müəyyənləşdi
16:59 10.10.2026
Fələstində prezident seçkilərinin yeni vaxtı müəyyənləşdi
Jurnalist Nəcəf Nəcəfovun məzarı üzərindəki barelyef bərpa edilib - FOTO
16:48 10.10.2026
Jurnalist Nəcəf Nəcəfovun məzarı üzərindəki barelyef bərpa edilib - FOTO
Prezident İlham Əliyev və Ramzan Kadırov birgə nahar ediblər
16:36 10.10.2026
Prezident İlham Əliyev və Ramzan Kadırov birgə nahar ediblər
“Valideynlərimiz xalqlarımız arasında müasir münasibətlərin əsasını qoyub”
16:26 10.10.2026
“Valideynlərimiz xalqlarımız arasında müasir münasibətlərin əsasını qoyub”
İlham Əliyev və Ramzan Kıdırov “Bakı Ağ Şəhər”də olublar
16:08 10.10.2026
İlham Əliyev və Ramzan Kıdırov “Bakı Ağ Şəhər”də olublar
Ramzan Kadırov Bakı-Qroznı təyyarəsinin qəzası ilə əlaqədar bir daha başsağlığı verib
15:58 10.10.2026
Ramzan Kadırov Bakı-Qroznı təyyarəsinin qəzası ilə əlaqədar bir daha başsağlığı verib
İlham Əliyev Rusiyanın Çeçenistan Respublikasının başçısını qəbul edib
15:51 10.10.2026
İlham Əliyev Rusiyanın Çeçenistan Respublikasının başçısını qəbul edib
Ermənistanda hərbçi odlu silah yarasından ölüb
15:48 10.10.2026
Ermənistanda hərbçi odlu silah yarasından ölüb
“Velizar”ı tənqid etdiyinə görə tanınmış jurnalistin səhifəsi bağlandı - DİN-ə müraciət edildi
15:43 10.10.2026
“Velizar”ı tənqid etdiyinə görə tanınmış jurnalistin səhifəsi bağlandı - DİN-ə müraciət edildi
Azərbaycanda LGBT-nin fəaliyyətini qadağan edən qanun qəbul olunur
15:34 10.10.2026
Azərbaycanda LGBT-nin fəaliyyətini qadağan edən qanun qəbul olunur
Amerikalı səyyah: Qarabağda bərpa işləri heyrətamizdir
15:23 10.10.2026
Amerikalı səyyah: Qarabağda bərpa işləri heyrətamizdir
NATO-dan Kalininqrad açıqlaması: Blokada ssenarisi mövcud deyil
15:20 10.10.2026
NATO-dan Kalininqrad açıqlaması: Blokada ssenarisi mövcud deyil
“Siz diz çökəcəksiniz” - İrandan ABŞ-yə cavab
15:13 10.10.2026
“Siz diz çökəcəksiniz” - İrandan ABŞ-yə cavab
Türkiyədə siqaret almaq üçün şəxsiyyət vəsiqəsi tələb ediləcək
15:07 10.10.2026
Türkiyədə siqaret almaq üçün şəxsiyyət vəsiqəsi tələb ediləcək