Payızda saç tökülməsi artır – Hansı hallarda narahat olmaq lazımdır?

Payızda saç tökülməsi artır – Hansı hallarda narahat olmaq lazımdır?
SOSİAL
15:24 21.10.2026
241

Son illər saç tökülməsi bir çox insanı narahat edən problemlərdən biridir.

Xüsusilə payız aylarında bəzi insanlarda saç tökülməsinin artdığı müşahidə olunur. Mövsüm dəyişikliyi, günəş şüalarının təsiri və orqanizmdə baş verən dəyişikliklər saçların sağlamlığına təsir göstərə bilər.

Lakin saç tökülməsinin uzun müddət davam etməsi və ya normadan artıq olması müəyyən sağlamlıq problemlərinin əlaməti də ola bilər. Belə hallarda saç tökülməsinin səbəbini müəyyənləşdirmək və müvafiq tədbirlər görmək vacibdir.

Mövzu ilə bağlı AZXEBER.COM-a danışan trixoloq Cəmilə Əsgərova bildirib ki, mövsüm dəyişikliyi saç tökülməsinə təsir göstərə bilər. Onun sözlərinə görə, xüsusilə payız və yaz aylarında saç tökülməsinin sürətlənməsi müşahidə olunur:

"Payız mövsümündə yaydan sonra yaranan tökülmə baş verə bilər. Belə ki, yay aylarında istilik və günəş şüalarının təsiri ilə saçlar böyümə fazasında, yəni anagen fazada olur. Payız gəldikdə isə saçlar telogen fazaya keçərək tökülə bilər. Bu səbəbdən mövsümi saç tökülməsi müşahidə oluna bilər. Həmçinin dəniz suyu və günəş şüaları saçların zədələnməsinə səbəb olur ki, bu da saç tökülməsinə təsir göstərə bilər. 

Yaz aylarında isə qış mövsümündə yaranan D vitamini çatışmazlığı və digər səbəblərdən saç tökülməsi baş verə bilər”.

Trixoloq qeyd edib ki, saç tökülməsi yalnız mövsüm dəyişikliyi ilə əlaqəli olmaya bilər. Belə hallarda problemin səbəbini müəyyənləşdirmək üçün qan analizlərinin yoxlanılması vacibdir:

"Lakin saç tökülməsi bütün mövsümlərdə, mövsümdən asılı olmayaraq müşahidə edilirsə, mütləq qan analizləri yoxlanılmalıdır. Ümumi qan analizi, dəmir, ferritin, B12 vitamini və qalxanabənzər vəz hormonlarının göstəriciləri ən vacib müayinələrdəndir. 

Bu göstəricilərdə dəyişiklik varsa, mütləq müalicə aparılmalı, qan analizlərində müəyyən edilən çatışmazlıqlar aradan qaldırılmalıdır. Yerli olaraq isə qan dövranını yaxşılaşdıran saç müalicələri tətbiq edilə bilər”.

Fəridə Əsədzadə

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
İki marşrutun hərəkət sxemi dəyişdirildi
17:38 21.10.2026
İki marşrutun hərəkət sxemi dəyişdirildi
Valideyn övladını mirasdan məhrum edə bilər? - QANUN NƏ DEYİR?
17:33 21.10.2026
Valideyn övladını mirasdan məhrum edə bilər? - QANUN NƏ DEYİR?
“Azıx-Tağlar Arxeoloji Parkı” Dövlət Qoruğu yaradılır
17:25 21.10.2026
“Azıx-Tağlar Arxeoloji Parkı” Dövlət Qoruğu yaradılır
“MediaLAB”: İnformasiya müharibəsinə qarşı maarifləndirmə daha da gücləndirilməlidir
17:25 21.10.2026
“MediaLAB”: İnformasiya müharibəsinə qarşı maarifləndirmə daha da gücləndirilməlidir
Prezident bu sazişi təsdiq etdi
17:23 21.10.2026
Prezident bu sazişi təsdiq etdi
2 yaşlı autizmli uşağı kameradan kənara çəkərək vurdu - VİDEO
17:13 21.10.2026
2 yaşlı autizmli uşağı kameradan kənara çəkərək vurdu - VİDEO
“Cahan Şirkətlər Qrupu”nun “BE Group” şirkəti “BakuBuild” sərgisində böyük maraqla qarşılanıb - FOTOLAR
17:06 21.10.2026
“Cahan Şirkətlər Qrupu”nun “BE Group” şirkəti “BakuBuild” sərgisində böyük maraqla qarşılanıb - FOTOLAR
“Lyuk”a düşüb xəsarət alan məmur xanımına görə - AAYDA rəsmisi cəzalandırılıb
16:54 21.10.2026
“Lyuk”a düşüb xəsarət alan məmur xanımına görə - AAYDA rəsmisi cəzalandırılıb
DSX-dən çobanın Ermənistana keçməsi barədə iddiaya - Münasibət
16:51 21.10.2026
DSX-dən çobanın Ermənistana keçməsi barədə iddiaya - Münasibət
Firuzə İbadova iki aydır yataq xəstəsidir - VİDEO
16:34 21.10.2026
Firuzə İbadova iki aydır yataq xəstəsidir - VİDEO
Azərbaycanda kirayə mənzil mexanizmi üzrə qaydalar dəyişdi
16:29 21.10.2026
Azərbaycanda kirayə mənzil mexanizmi üzrə qaydalar dəyişdi
Gecə yemək yeyənlərə xəbərdarlıq: Bu vərdiş ciddi fəsadlara yol aça bilər
16:17 21.10.2026
Gecə yemək yeyənlərə xəbərdarlıq: Bu vərdiş ciddi fəsadlara yol aça bilər
Qarabağ Dirçəliş Fondunun dəstəyi ilə Zəngilan Şəhəri Günü qeyd olunub
16:04 21.10.2026
Qarabağ Dirçəliş Fondunun dəstəyi ilə Zəngilan Şəhəri Günü qeyd olunub
“AzerGold” QSC-nin xarici ölkədə ilk törəmə şirkəti – “AzerGold Uzbekistan” təsis edilib
16:01 21.10.2026
“AzerGold” QSC-nin xarici ölkədə ilk törəmə şirkəti – “AzerGold Uzbekistan” təsis edilib
“Arzuolunmaz şəxs” elan edilən Ahmet Çakar əslində kimdir?
15:52 21.10.2026
“Arzuolunmaz şəxs” elan edilən Ahmet Çakar əslində kimdir?
Yevlaxda qeysəriyyə əməliyyatı zamanı uşaq ölüb
15:45 21.10.2026
Yevlaxda qeysəriyyə əməliyyatı zamanı uşaq ölüb