Paytaxtda 45 yaşlı kişi gəncin qanını tökdü

KRİMİNAL
12:37 11.08.2014
1872

Faktla bağlı cinayət işi başlanıb.

Bakıda qətl hadisəsi törədilib.

AZXEBER.COM xəbər verir ki, Sabunçu Rayon Prokurorluğundan APA-ya verilən məlumata görə, hadisə Bakıxanov qəsəbəsində qeydə alınıb.

Bakı şəhər sakini, 1969-cu il təvəllüdlü Eliş Abdullayev aralarında yaranmış mübahisə zəminində tanışı, 1987-ci il təvəllüdlü Elməddin Əliyevi ürək nahiyəsindən vurduğu bir bıçaq zərbəsi ilə qətlə yetirib. Qətlin motivi hələlik məlum deyil.

E.Abdullayev tutulub.

Faktla bağlı Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb, araşdırmalar davam etdirilir.

OXŞAR XƏBƏRLƏR