Penitensiar Xidmətdən Сahangir Hacıyevin ittihamlarına - Münasibət

Penitensiar Xidmətdən Сahangir Hacıyevin ittihamlarına - Münasibət
SOSİAL
16:24 25.08.2016
1361
"Azərbaycan Beynəlxalq Bankı" ASC-nin İdarə Heyətinin keçmiş sədri Cahangir Hacıyev avqustun 24-də məhkəmədə ifadə verərkən saxlanma şəraitindən narazılıq edib: "Məni məhkum olunmuş şəxslərin saxlanıldığı korpusa köçürüblər. Əvvəlki korpusda gündə iki dəfə su verilirdi. Burada bir gündə cəmi 4 dəqiqə su verilir. Soyuducu yoxdur. Təsəvvür edin, həftədə bir dəfə yemək qəbul edirlər. Əgər soyuducu yoxdursa, bu o deməkdir ki, bir gün yeyib, 6 gün ac qalmalısan. 45 dərəcə istidə belə şəraitdə saxlanmaq nə deməkdir? Allah heç kimə qismət eləməsin. Ancaq yaddan çıxarmayın ki, hamının başına gələ bilər. Dustağın bir günlük yeməyinə 18 manat 50 qəpik pul ayrılır. Amma heç 50 qəpiklik yemək vermirlər. Bu cür vasitələrlə mənə işgəncə vermək nəyə lazımdır? Onu da bilsinlər ki, buna göstəriş verənlər heç nəyə nail olmayacaqlar".Bankirin bu ittihamlarına Penitensiar Xidmətin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polkovnik Mehman Sadıqov aydınlıq gətirib.M.Sadıqov C.Hacıyevin iddialarının əsassız olduğunu vurğulayıb:“Son illər ərzində Azərbaycanda beynəlxalq standartlara uyğun penitensiar xidmət, cəzaçəkmə müəssisələri, istintaq təcridxanaları inşa edilib. Bakı İstintaq Təcridxanası da məhz onlardan biridir.Məhkumların saxlanma şəraitinin nə dərəcədə yüksək olmasını biz yox, beynəlxalq ekspertlər təsdiqləyir. Mötəbər təşkilatların nümayəndələri dəfələrlə təcridxanaya baş çəkib, məhkumların saxlanma şəraiti və qidalanmasının yüksək səviyyədə olması barədə rəy veriblər. Ona görə də hesab edirəm ki, bu ittihamlar həqiqəti əks etdirmir".C.Hacıyevin təcridxananın gün ərzində 4 dəqiqə su ilə təmin olunması iddiasına gəlincə, qurum rəsmisi bunu mümkünsüz sayıb:“Təcridxanada yüzlərlə məhkum saxlanılır. Cəmi 4 dəqiqə ərzində o qədər insanın suya olan tələbatı ödənilə bilərmi? Bu səbəbdən tamamilə həqiqətdən uzaq iddiadır”.Polkovnik eyni zamanda deyib ki, məhkumların saxlanmasına və qida rasionun təmin olunmasına görə müəyyən normalarla təsdiq olunmuş kifayət qədər maliyyə vəsaiti ayrılır. Ayrılan vəsait də müəyyən olunmuş istiqamət üzrə sərf edilir.Modern.az
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Gənclər üçün biznes təlimləri təşkil olundu - Foto
12:07 08.06.2026
Gənclər üçün biznes təlimləri təşkil olundu - Foto
İran İnqilab Keşikçiləri: Hayfadakı sənaye obyektlərini hədəf aldıq
12:04 08.06.2026
İran İnqilab Keşikçiləri: Hayfadakı sənaye obyektlərini hədəf aldıq
Sosial mediada yeni dövr: 16–18 yaş qrupu üçün qaydalar müəyyən olunur
11:55 08.06.2026
Sosial mediada yeni dövr: 16–18 yaş qrupu üçün qaydalar müəyyən olunur
İran XİN: İsrailin hücumlarına görə ABŞ məsuliyyət daşıyır
11:53 08.06.2026
İran XİN: İsrailin hücumlarına görə ABŞ məsuliyyət daşıyır
Azərbaycanda 50 min manatadək yeni cərimələr müəyyənləşir
11:44 08.06.2026
Azərbaycanda 50 min manatadək yeni cərimələr müəyyənləşir
Həyat yoldaşını ən yaxın dostu hesab edənlər daha xoşbəxtdir - ARAŞDIRMA
11:28 08.06.2026
Həyat yoldaşını ən yaxın dostu hesab edənlər daha xoşbəxtdir - ARAŞDIRMA
Bakıda üç yaşlı körpə 8-ci mərtəbədən yıxıldı
11:28 08.06.2026
Bakıda üç yaşlı körpə 8-ci mərtəbədən yıxıldı
Məşhur rusiyalı repçi yəhudiliyi qəbul etdi, adını dəyişdi
11:20 08.06.2026
Məşhur rusiyalı repçi yəhudiliyi qəbul etdi, adını dəyişdi
Əhaliyə xəbərdarlıq: Bu gündən başlayır, üç gün davam edəcək...
11:19 08.06.2026
Əhaliyə xəbərdarlıq: Bu gündən başlayır, üç gün davam edəcək...
Paşinyan: "Üçbaşlı müharibə partiyası" darmadağın edildi
11:14 08.06.2026
Paşinyan: "Üçbaşlı müharibə partiyası" darmadağın edildi
İsrail–İran gərginliyi: üç hava limanında bütün reyslər ləğv olundu
11:11 08.06.2026
İsrail–İran gərginliyi: üç hava limanında bütün reyslər ləğv olundu
“Paşinyanın qələbəsi Rusiyanın təsirinin zəiflədiyini göstərir” - Ekspert
11:07 08.06.2026
“Paşinyanın qələbəsi Rusiyanın təsirinin zəiflədiyini göstərir” - Ekspert
Paşinyan: Ermənistan yaxın vaxtlarda Azərbaycanla sülh müqaviləsini imzalamaq niyyətindədir
10:57 08.06.2026
Paşinyan: Ermənistan yaxın vaxtlarda Azərbaycanla sülh müqaviləsini imzalamaq niyyətindədir
Bank Respublika “Ağır ol, qazan!” lombard kredit kampaniyasına start verdi
10:45 08.06.2026
Bank Respublika “Ağır ol, qazan!” lombard kredit kampaniyasına start verdi
Yeni həftədə bürcləri nələr gözləyir? – Həftəlik astroloji proqnoz
10:25 08.06.2026
Yeni həftədə bürcləri nələr gözləyir? – Həftəlik astroloji proqnoz
“Kontakt” Qarabağa addım atır: Xankəndidə ilk mağaza açılır
10:24 08.06.2026
“Kontakt” Qarabağa addım atır: Xankəndidə ilk mağaza açılır