Pensiyaçılara 3 aydan bir 30 manat əlavə ödənilməsi iddiaları ilə bağlı AÇIQLAMA

Pensiyaçılara 3 aydan bir 30 manat əlavə ödənilməsi iddiaları ilə bağlı AÇIQLAMA
SOSİAL
13:06 10.10.2026
211
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi sosial şəbəkələrdə Azərbaycanda pensiya alan şəxslərə hər üç aydan bir əlavə olaraq 30 manat ödənilməsi ilə bağlı yayılan məlumatlara aydınlıq gətirib.

AZXEBER.COM APA-ya istinadən xəbər verir ki, nazirlik yayılan məlumatların həqiqəti əks etdirmədiyini açıqlayıb.

"Sosial şəbəkələrdə və bəzi saytlarda Azərbaycanda pensiya alan şəxslərə hər üç aydan bir əlavə olaraq 30 manat ödənilməsi ilə bağlı məlumatlar yayılıb. Bu məlumatlar həqiqəti əks etdirmir”, - açıqlamada qeyd olunub.
OXŞAR XƏBƏRLƏR