Pərviz "Best of 40"da "Alışdırma"nı oxudu - VİDEO

Pərviz "Best of 40"da "Alışdırma"nı oxudu - VİDEO
MAQAZİN
17:07 10.04.2026
394
Ölkənin əsas ulduzu, xalq artisti Aygün Kazımovanın "Best of Aygün 40" albomu təqdim edilib.
 
AZXEBER.COM xəbər verir ki, bəstəkar-müğənni Pərviz Mahmudov Aygün Kazımovanın ən sevilən hitlərindən olan "Alışdırma” əsərini yenidən ifa edib.
 
Pərviz Mahmudov bildirib ki, layihə üzərində çalışarkən əsas məqsəd mahnının ruhunu itirmədən ona yeni nəfəs vermək olub:

""Alışdırma” kimi məşhur bir mahnıya yenidən toxunmaq böyük məsuliyyət tələb edir. Bu mahnı artıq öz yerini tutmuş bir hitdir. Mən çalışdım ki, onu dəyişməyim, sadəcə yeni hisslərlə təqdim edim.”

Qeyd edək ki, mahnının musiqisi Pərviz Mahmudova, sözləri Leyli İsrafilovaya aiddir.

OXŞAR XƏBƏRLƏR