Pərviz Həşimlinin gözlərində zəifləmə var

Pərviz Həşimlinin gözlərində zəifləmə var
MEDİA
00:09 13.07.2014
1154

Ailə üzvlərinə jurnalistlə yenə də açıq görüş verilməyib 

Bu gün ailə üzvləri həbsdə olan jurnalist və hüquq müdafiəçisi Pərviz Həşimli ilə görüşüblər.

AZXEBER.COM-un məlumatına görə, bu barədə musavat.com-a açıqlamasında P.Həşimlinin həyat yoldaşı İlahə Rüstəmova məlumat verdi. Onun bildirdiyinə görə, bu dəfəki görüş şüşə arxasında baş tutub: “Bu, artıq neçənci dəfədir ki, belə olur. Buna da həmişəki kimi qızım Zeynəb də, biz də çox üzülürük. Bununla bağlı dəfələrlə Kürdəxananın rəisinə ərizə ilə müraciət etsək dı, müraciətimiz cavabsız qalıb. Hələ də bizə açıq görüş verilmir”. 

İ.Rüstəmova dedi ki, P.Həşimli bütün həmkarlarına, eləcə də ona dəstək, diqqət göstərən hər kəsə salamlarını göndərib. Saxlanma şəraitindən narazılıq etməyən jurnalist gözlərindəki zəifləmə barədə ailə üzvlərinə məlumat verib: “Dedi ki, gözlərində dəhşətli dərəcədə zəifləmə var. Buna görə oranın rəisinə ərizə ilə müraciət edib. Biz də xahiş edirik ki, Pərvizin həkim müayinəsindən keçməsinə şərait yaradılsın”. 

 

OXŞAR XƏBƏRLƏR