Pərviz "Survivor"a damğa vurdu, təkbaşına böyük mükafatı qazandı - VİDEO

Pərviz "Survivor"a damğa vurdu, təkbaşına böyük mükafatı qazandı - VİDEO
MAQAZİN
11:21 19.02.2020
10594
Acun Ilıcalının rəhbəri və aparıcısı olduğu dünyaca məşhur "Survivor" yarışında iştirak edən həmyerlimiz, kikboks üzrə 6 qat dünya çempionu Pərviz Abdullayev iki gündən sonra nəyə qadir olduğunu göstərib.

AZXEBER.COM Milli.Az-a istinadən xəbər verir ki, Pərviz ardıcıl 3 məğlubiyyət alaraq yemək mükafatlarını itirən "Məşhurlar" komandasını aclıqdan xilas edib. 

"Survivor"un üçüncü yarış günündə ikinci "ödül" oyununa hər komandadan bir güclü qadın və bir kişi iştirakçının seçilərək yarışacağı elanından sonra Pərviz məsuliyyəti üzərinə götürmək istədiyini bildirib. Komandasından "hə" cavabı alan Pərviz "Könüllülər"in ən iddialı iştirakçısı hesab edilən Yasin Obuzla qarşı-qarşıya gəlib.

Hesabın 3-dən olduğu çətin parkur yarışında Pərviz 4 qarşılaşmanın üçündə qələbə qazanaraq komandası üçün yaxşı şans əldə edib. Lakin komandanın ("Məşhurlar") qadın iştirakçısı Elif rəqibi Məryəmə ("Könüllülər") 3:0 məğlub olaraq bütün məsuliyyəti yenidən Pərvizin üzərinə atıb. Bayraq yarışında yenidən yarışan Pərviz Abdullayev rəqibini qabaqlayaraq komandasına vacib qələbə qazandırıb.
 



OXŞAR XƏBƏRLƏR