Peskov: Kiyevin Kremlə hücumunun arxasında Vaşinqton dayanır

Peskov: Kiyevin Kremlə hücumunun arxasında Vaşinqton dayanır
DÜNYA
14:21 04.05.2023
327
Ukrayna PUA-larının Kremlə hücumu hazırda araşdırılır.

Bunu Kremlin mətbuat katibi Dmitri Peskov bildirib.

Onun sözlərinə görə, Rusiya Prezidenti Vladimir Putinin Kremlə dron hücumuna reaksiyası sakit və yığcam olub.

"Moskva bilir ki, Kiyev zərbələr üçün həm vasitələri, həm də hədəfləri Vaşinqtonun diktəsi ilə seçir. Moskva Rusiya xüsusi xidmət orqanlarının məlumatlarına əsaslanaraq Kiyevin Kremlə hücumda əli olduğunu hesab edir. Kiyevin Kremlə hücumunun arxasında Vaşinqton dayanır, ABŞ-ın Kremlə dronlarla hücum olunmasını rədd etmək cəhdləri gülüncdür. Kremlə hücumda iştirak edən Vaşinqtonun münaqişədə belə birbaşa iştirakın təhlükəsini anlaması vacibdir", - deyə Rusiya prezidentinin sözçüsü vurğulayıb

Peskov onu da bildirib ki, Kremlə hücumdan sonra Senat sarayının günbəzində iki mis təbəqə yanıb, onlar dərhal dəyişdiriləcək.

Onun sözlərinə görə, Kreml Ukrayna PUA-larının Kremlə hücumuna cavab vermək üçün "müxtəlif” variantları nəzərdən keçirir: "Kremlə hücum edən PUA-ların dəqiq haradan buraxıldığı məlum deyil, bununla bağlı istintaq məşğul olacaq. Dronlarla insidentdən sonra Kremldə vəziyyət normaldır, hər kəs öz yerində işləyir. Bu insidentdən sonra Kremldə təhlükəsizlik sistemi daha da gücləndiriləcək. Dronların Kremlə hücumundan sonra xüsusi əməliyyatın məqsəd və vəzifələri dəyişmir".

RF prezidentinin sözçüsü dronların Kremlə hücumundan sonra Zelenskinin Rusiya Federasiyası üçün legitim hərbi hədəf elan edilməsi təklifini şərh etməyib.

Peskov Kremlə dron hücumundan sonra Putinin müraciəti və ya Rusiya Federasiyası Təhlükəsizlik Şurasının fövqəladə iclasınım keçirilməsinin planlaşdırılmadığını söyləyib. Bildirib ki, mayın 5-də Putin Təhlükəsizlik Şurası ilə ənənəvi operativ müşavirə keçirəcək, müşavirədə Kremlə PUA hücumu mövzusuna toxunula bilər

O, Putinin planlarında dronların Kremlə hücumundan sonra xarici liderlərlə təmaslar yoxdur, ən yaxın təmas Moskvada Qırğızıstan lideri ilə olacaq: "Kreml Qırğızıstan prezidentinin Moskvaya səfərini gözləyir, ona hazırlaşır".
 
///APA
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Bu ərazilərdə yaşayanlara şad xəbər: Yeni dəstək
16:10 21.09.2026
Bu ərazilərdə yaşayanlara şad xəbər: Yeni dəstək
Masallıda qanunsuz toyuq kəsimi sexləri aşkarlandı – Fəaliyyətləri məhdudlaşdırıldı
16:07 21.09.2026
Masallıda qanunsuz toyuq kəsimi sexləri aşkarlandı – Fəaliyyətləri məhdudlaşdırıldı
Dörd ölkə, on istiqamət: AZAL-ın genişlənən Mərkəzi Asiya şəbəkəsi
16:06 21.09.2026
Dörd ölkə, on istiqamət: AZAL-ın genişlənən Mərkəzi Asiya şəbəkəsi
“Yaşayan Mədəniyyət – Bakı Mədəni Maarifləndirmə Festivalı” keçirilib - FOTOLAR
15:55 21.09.2026
“Yaşayan Mədəniyyət – Bakı Mədəni Maarifləndirmə Festivalı” keçirilib - FOTOLAR
Təmizlik biznes prosesi kimi: Azərbaycanın avtoyuma və klininq şirkətləri üçün nə vacibdir
15:41 21.09.2026
Təmizlik biznes prosesi kimi: Azərbaycanın avtoyuma və klininq şirkətləri üçün nə vacibdir
Deputat da Milli Məclisin iclasına gecikdi - Tıxacların qarşısını niyə ala bilmirik?
15:32 21.09.2026
Deputat da Milli Məclisin iclasına gecikdi - Tıxacların qarşısını niyə ala bilmirik?
Monitor qadının üzərinə belə aşıb - Anbaan görüntülər
15:27 21.09.2026
Monitor qadının üzərinə belə aşıb - Anbaan görüntülər
"Bu mübarizədə qələbə qazanmaq üçün həqiqətlər yayılmalıdır ki, hər kəs bilsin"
14:48 21.09.2026
"Bu mübarizədə qələbə qazanmaq üçün həqiqətlər yayılmalıdır ki, hər kəs bilsin"
Daşlara həkk olunan tarix: Alban irsi üzərində mübarizə
14:44 21.09.2026
Daşlara həkk olunan tarix: Alban irsi üzərində mübarizə
Səhiyyə Nazirliyindən Səyyad Arana - CAVAB
14:43 21.09.2026
Səhiyyə Nazirliyindən Səyyad Arana - CAVAB
“Dərsliklərlə bağlı Elm və Təhsil Nazirliyinə məktub yazmışam”
14:38 21.09.2026
“Dərsliklərlə bağlı Elm və Təhsil Nazirliyinə məktub yazmışam”
“Ermənilər olmayan yerdən özlərinə tarix düzəldiblər”
14:16 21.09.2026
“Ermənilər olmayan yerdən özlərinə tarix düzəldiblər”
“Bakı əhalisinin çox mühüm hissəsi rayonlardan gələnlərdir”
14:10 21.09.2026
“Bakı əhalisinin çox mühüm hissəsi rayonlardan gələnlərdir”
AİB nümayəndələri Gəncədə Bank Respublika-nın maliyyələşdirdiyi sahibkarlarla görüşdü
14:09 21.09.2026
AİB nümayəndələri Gəncədə Bank Respublika-nın maliyyələşdirdiyi sahibkarlarla görüşdü
Həsən Həsənov: “Ad çəkilir, amma konkret mənbə göstərilmir”
13:59 21.09.2026
Həsən Həsənov: “Ad çəkilir, amma konkret mənbə göstərilmir”
70 yaşlı qadın polis tərəfindən saxlanıldı - Bu əməllərə görə
13:58 21.09.2026
70 yaşlı qadın polis tərəfindən saxlanıldı - Bu əməllərə görə