Pezeşkian istefa verəcək?

Pezeşkian istefa verəcək?
DÜNYA
23:09 04.08.2026
337
İran Prezidenti Məsud Pezeşkian onun istefası barədə yayılan xəbərlərin həqiqətə uyğun olmadığını və vəzifəsinin icrasını davam etdirəcəyini bəyan edib.

AZXEBER.COM IRNA dövlət informasiya agentliyinə istinadən xəbər verir ki, siyasətçinin müvafiq bəyanatı əhaliyə videomüraciətində səsləndirilib.

"Əgər istefa versəm, bunu ictimaiyyətə açıqlayacağam. Mən istefa verməyəcəyəm, mübarizə aparacağam", - deyə İran lideri getməsi haqqında şayiələri şərh edərkən vurğulayıb.

Dövlət başçısı, həmçinin İranın Ali Rəhbəri Müctəba Xamenei və Silahlı Qüvvələrlə fikir ayrılıqlarının olması barədə xəbərləri təkzib edərək, hərbi rəhbərliklə tam koordinasiyalı şəkildə işlədiyini bildirib.
"Hər kəsə məlumdur ki, hər hansı mübahisə yaranacağı təqdirdə Silahlı Qüvvələr onun deyil, ali rəhbərin tərəfində olacaq", - deyə Pezeşkian bildirib.

Prezident qeyd edib ki, bəzi dairələr qəsdən ölkənin ali rəhbərliyi arasında münaqişə təəssüratı yaratmağa çalışırlar, lakin bu cür iddialar yalandır.
OXŞAR XƏBƏRLƏR