Türkiyə Respublikasının xarici işlər naziri Hakan Fidan terror təşkilatı PKK-nın ləğvi və tərksilah edilməsi qərarı ilə bağlı açıqlamalar verib.
AZXEBER.COM xarici mətbuata istinadən xəbər verir ki, nazir "PKK-nın qərarı tarixi və əhəmiyyətlidir. Atılması lazım olan addımlar var, onları yaxından təqib edəcəyik. Qərar səmimi şəkildə həyata keçirilərsə, hər kəs üçün faydalı olar. Millətim üçün əhəmiyyətli bir addımdır" deyə bildirib.
Qeyd edək ki, mayın 5-7-də keçirilən qurultayda dağılma qərarı alan terror təşkilatı PKK bu qərarı yazılı açıqlama ilə ictimaiyyətə açıqlayıb. Bəyanatda təşkilati strukturun ləğvi və silahlı mübarizə üsuluna son qoyulması ilə bağlı qərarlar açıqlanıb.
Gülay