Polis bu oğlanı axtarır – VİDEO

Polis bu oğlanı axtarır –  VİDEO
Bütün Xəbərlər
12:00 05.12.2014
2519

Onun sifətində xüsusi əlamətləri yoxdur.

Şəkinin Kiş kənd sakini Mustafayeva Gülbahar Nazim qızı bu il oktyabrın 20-də Şəki Şəhər Polis Şöbəsinə müraciət edərək oğlu 1992-ci il təvəllüdlü Mustafayev Seymur Xanlar oğlunun avqustun 28-i 2014-cü il tarixdə saat 08.00-da Bakı şəhərinə getmək adı ilə yaşadığı evdən çıxdığını, bir daha geri qayıtmadığını bildirib.

AZXEBER.COM xəbər verir ki, oxu.az-ın məlumatına görə, 22 yaşlı Seymur Mustafayevin əlamətləri belədir: boyu 175 sm, orta bədən quruluşlu, gözləri qəhvəyi-qonur, sifətində xüsusi əlamətləri yoxdur.

O, evdən çıxarkən əynində ağ rəngli qısaqol köynək, qara rəngli damalı şalvar, ayağında qara ayaqqabı, əlində göy rəngli sellofan torba olub.

Onu görənlərdən və yerini bilənlərdən xahiş olunur ki, 055 818 29 01 mobil nömrəsilə əlaqə saxlayaraq xəbər versinlər.

OXŞAR XƏBƏRLƏR