5 nəfər həbs edilib.
Polis Lənkəranın “Palıdlı sahil" İstirahət Mərkəzində əməliyyat keçirib.
AZXEBER.COM xəbər verir ki, Musavat.com-un yazdığına görə, əməliyyat nəticəsində 5 nəfər həbs edilib.
Mənbə bildirir ki, həbs edilənlər gənclərdir: “Onlardan biri 2004-cü ildə Ginnesin rekordlar kitabına adı düşmüş Lənkəranın Aşağı Nüvədi kəndinin sakini, 18 yaşlı Ələsgər Rəhim oğlu Həsənzadədir”.
Ə.Həsənzadə 1 saat 45 dəqiqə ərzində barmaqlarının ucu ilə sinəsini yerə vurmamaq şərti ilə 3 min dəfə qalxıb-enib. Onun 7 yaşında göstərdiyi bu rekord “Ginnesin Rekordlar Kitabın” düşüb. Çünki Həsənzadəyə qədər dünyada 7 yaşdan aşağı heç kim belə bir rekorda imza atmayıb.
Sayt qeyd edib ki, əməliyyatın motivi bilinmir.
Palıdlı sahil” İstirahət Mərkəzinin sahibinin Milli Məclisin Sosial Siyasət Komitəsinin sədri Hadı Rəcəbli olduğu bildirilir.