Polis işləmək istəyənlərin nəzərinə

Polis işləmək istəyənlərin nəzərinə
Bütün Xəbərlər
16:58 03.11.2014
7056
Nazir onlarla görüçəcək.
Daxili İşlər naziri Ramil Usubov polisin sıravi və kiçik rəis heyəti vəzifələrində və Daxili Qoşunların müddətdən artıq hərbi xidmətində işləmək arzusunda olan vətəndaşlarla görüşəcək.
DİN Baş Kadrlar İdarəsindən AZXEBER.COM-a daxil olan məlumata görə, yaşı 20 ilə 30 arasında, boyu 180 santimetr və yuxarı, idman cüssəli, həqiqi hərbi xidmət keçmiş, əvvəllər məhkum olunmamış, tam orta təhsilli Sumqayıt, Abşeron, Qobustan, Qubadlı və Zəngilan rayon sakinləri 29 noyabr 2014-cü il tarixdə saat 12.00-da Sumqayıt Şəhər Polis İdarəsində daxili işlər naziri tərəfindən qəbul ediləcəklər.
Qəbula gələn şəxslər şəxsiyyət vəsiqəsini təqdim etməlidirlər.
OXŞAR XƏBƏRLƏR