Bu gün günorta saatlarında Masallı rayonunda polis şöbəsində intihar hadisəsi baş verib. Masallı Rayon Polis Şöbəsindən bölgə müxbirinə verilən məlumata görə, polis şöbəsinin müvəqqəti təcridxanasında saxlanılan 1980-ci il təvəllüdlü Vüqar Şahmar oğlu Ələkbərov özünü asıb.Vüqar Ələkbərov iyunda qız qaçırdığı üçün cinayət məsuliyyətinə cəlb edilmişdi. Onun intihar etməsinin səbəbləri araşdırılır.