“Polisə mahnı oxuyan gənclər düz hərəkət ediblər” - Məşhur mahnının bəstəkarı

MAQAZİN
20:27 25.06.2020
1852
"Gənc ifaçılar polislərə dəstək olduqları üçün onlara qarşı nifrət hissi yaratmaq isteyirler. Burada hədəf mahnı yox polislərdir”.

Bu sözləri AZXEBER.COM-a açıqlamasında məşhur bəstəkar, "Yaşa mənim xalqım” mahnısını bəstəkarı Rauf Məmmədov deyib.

O bəstəkarı olduğu mahnını hər kəsin sevdiyini deyib.

"Mahnı yaranan gündən hər zaman gündəmdə olub. Klipdə musiqiçilər hər kəsi birlik olmağa səsləyir. Burada onların nə günahı var ki? 

Bəstəkar vətəndaşlara da səslənib: "O qədər vicdanlı polislərimiz var ki, onlar bizim qürur mənbəyimizdir. Bəli, formasından, vəzifəsindən sui-istifadə edənlər də var. Ancaq polis də bizimdir, onlar bizi qoruyur. 

Rauf Məmmədov polislə vətəndaş arasında münasibətdən də danışıb:

"Bu gün polislə cəmiyyət arasında ikrah hissi yaratmaq bizi hara aparıb çıxara bilər? Heç bunu düşünüblərmi? Mən bu hərəkəti çox pisləyirəm. Gəlin bu düşmənçiliyi yığışdıraq. Polis mənim balamdır, o mənim vətənimin gerbini daşıyır. Xalqla polis arasında mehribançılıq yaratmaq lazımdır.

Rauf Məmmədov mahnı oxuyan gəncləri dəstəklədiyini deyib: 

"Mən bir daha bildirirəm ki, klipə çəkilən müğənnilər heç də pis hərəkət etməyiblər, ancaq əfsuslar olsun ki, onlara qarşı qeyri-etik ifadələr işlədilir. Biz dərk etməliyik ki, bizim bir düşmənimiz var, o da ermənilərdir. Mən gəncləri dəstəkləyirəm, onlar düz hərəkət ediblər".
 
Günel Hüseynli
 

OXŞAR XƏBƏRLƏR

X Mostbet