Polisin iş başında tutduğu oğru özünü bıçaqladı

Polisin iş başında tutduğu oğru özünü bıçaqladı
Bütün Xəbərlər
11:10 19.05.2011
2200

Bakının Binəqədi rayonunda bıçaqlanma hadisəsi baş verib. Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin məlumatına görə, mayın 18-də Xocəsən qəsəbə sakini Sədiqə Əfəndiyevanın evindən oğurluğa cəhd göstərən həmyerlisi Gündüz Cəlilov Binəqədi rayon Polis idarəsi 40-cı polis bölməsi əməkdaşları tərəfindən tutulub. O, saxlanılan zaman bıçaqla özünə xəsarət yetirib. Yaralı G.Cəlilova ilkin tibbi yardım göstərildikdən sonra aidiyyatı üzrə təhvil verilib.

 

OXŞAR XƏBƏRLƏR