Politoloq Qarabağda son günlər baş verən hadisələrdən danışdı - AÇIQLAMA

Politoloq Qarabağda son günlər baş verən hadisələrdən danışdı -  AÇIQLAMA
Bütün Xəbərlər
13:19 29.01.2014
2469

“Nə vaxt ki, Rusiya “dayan” əmri verəcək o zaman məsələ öz həllini tapacaq”.

Bu sözləri AZXEBER.COM-a açıqlamasında politoloq Vəfa Quluzadə Ermənistan-Azərbaycan sərhədində son günlər atəşkəs rejiminin intensiv pozulmasına və tərəflərin silahlı mübarizəyə keçməsini şərh edərkən belə deyib:

“Əslində Rusiya Ukraynada baş verən hadisələrdən sonra Qərbə mesaj vermək istəyir. Bunun üçün də Ermənistan-Azərbaycan sərhədində atəşkəs rejimini pozmaqla öz gücünü göstərir. Bu bir daha Rusiyanın regionda olan mövcud gücünün göstəricisidir. Nə vaxt ki, Rusiya “dayan” əmri verəcək o zaman məsələ öz həllini tapacaq”.

Qeyd edək ki, son günlər cəbhədə vəziyyət gərgin olaraq qalır. Artıq erməni snayperlərin açdığı atəş nəticəsində Azərbaycan Milli Ordusunun iki zabiti şəhid olub. Azərbaycan Milli Ordusu ermənilərin bir hərbi maşınını zərərsizləşdirib. Azərbaycan Silahlı Qüvvələri son günlər bir neçə dəfə erməni diversiya qrupunun qarşısını alıb. Son olaraq yanvarın 28-də Ermənilərin kəşfiyyat-diversiya qrupunun bələdçisi Azərbaycan əsgərləri tərəfindən ələ keçirilib. Müdafiə Nazirliyi bildirir ki, Tovuz rayonunun Əlibəyli kəndi istiqamətində ermənilərin kəşfiyyat-diversiya qrupu qoşunların təmas xəttini keçməyə cəhd göstərib. Müdafiənin ön xəttində yerləşən bölmələrimizin sayıqlığı nəticəsində düşmənin bu cəhdinin qarşısı alınıb. Qısa atışmadan sonra geri çəkilən düşmənin kəşfiyyat-diversiya qrupunun bələdçisi Mamiko Xocayan silahlı və yaralı vəziyyətdə əsgərlərimiz tərəfindən ələ keçirilib.

Əfsələddin Ağalarov

OXŞAR XƏBƏRLƏR