Polkovnikin oğlunu öldürən, qızını yaralayan qatilin cəzasına yenidən baxıldı

Polkovnikin oğlunu öldürən, qızını yaralayan qatilin cəzasına yenidən baxıldı
Bütün Xəbərlər
18:35 02.10.2012
1422

Apelyasiya məhkəməsi mərhum polkovnikin oğlunu öldürən, qızına ağır xəsarət yetirən qatilin cəzasını dəyişmədi.

Şəki Apelyasiya Məhkəməsində ömürlük azadlıqdan məhrum edilmiş Mingəçevir şəhər sakini, 1989-cu il təvəllüdlü Hüseyn Dadaşovun şikayəti üzrə məhkəmə prosesi başa çatıb.

Məhkəmə Dadaşovun apelyasiya şikayətini təmin etməyib və onun barəsində ömürlük azadlıqdan məhrumetmə cəzasını qüvvədə saxlayıb.

Xatırladaq ki, bu il fevralın 7-də Mingəçevir şəhərində, yaşadıqları mənzildə 12 yaşlı Pərvin Beydullayevin bıçaqla qətlə yetirilmiş meyiti tapılıb, bacısı – 14 yaşlı Pərvanə isə bıçaq xəsarətləri ilə ağır vəziyyətdə xəstəxanaya gətirilib.

İttiham aktına görə, Hüseyn Dadaşov həmin gün saat 14:00 radələrində əvvəldən tanıdığı mərhum polkovnik Tahir Beydullayevin mənzilinə daxil olub, Pərvin və Pərvanənin əllərini bağlayaraq evdə olan 7 manat 40 qəpik pulu və qızıl-zinət əşyalarını götürüb. Bundan sonra o, hamamda bıçaqla Pərvinin boğaz nahiyəsini kəsərək öldürüb, Pərvanəyə isə bir neçə ağır bıçaq xəsarəti yetirib.

//Trend

OXŞAR XƏBƏRLƏR