Bu gün saat 12:30 radələrində Bakı-Astara magistral yolunun 240-cı kilometrliyində Cəlilabad rayonu Göytəpə kəndi ərazisində “Porsche” markalı avtomobil qəzaya törədib. Yol Polisinin verdiyi məlumata görə, avtomobilin sürücüsü idarəetməni itirərək yol kənarındakı işıq dirəyinə çırpılıb.