Portuqaliyalı baş məşqçi “Milan”ın tarixinə düşüb

Portuqaliyalı baş məşqçi “Milan”ın tarixinə düşüb
İDMAN
02:53 20.10.2026
231
Portuqaliyalı baş məşqçi Ruben Amorim İtaliyanın "Milan” klubunda ilk oyunlarından etibarən uğurlu nəticələrlə diqqət çəkib.

Milan təmsilçisi mütəxəssisin rəhbərliyi altında A Seriyasında keçirdiyi ilk 7 matçda məğlub olmayıb. Bununla da Amorim "Milan”ın 1963-cü ildən bəri ilk yeddi liqa oyununda məğlub olmayan üçüncü baş məşqçisi olub.

Qeyd edək ki, daha əvvəl 1955-ci ildə Ektor Puriçelli üç qələbə və dörd heç-heçə, 1963-cü ildə isə Luis Karnilya dörd qələbə və üç heç-heçə ilə bu göstəriciyə nail olub. Amorim də ilk yeddi oyunda dörd qələbə qazanıb, üç dəfə heç-heçə edib.
 
///azərtac///
OXŞAR XƏBƏRLƏR