"Canni De Byazi əla məşqçidir. Amma mən onun sayəsində yox, Portuqaliya Futbol Federasiyasının rəhbərliyi sayəsində baş məşqçiliyə gəlmişəm. Bununla belə, çalışaram ki, ona bir şüşə şərab alım”.
AZXEBER.COM "Oxu.Az"a istinadən xəbər verir ki, bunu Portuqaliya millisinin baş məşqçisi Fernandu Santus deyib.
"Portuqaliyada millinizə az qol vurmağımızın səbəbi altı müdafiəçi ilə oynamağınız idi. İndi isə komandanız 4-3-3 taktiki sistemi ilə oynayırdı. Ona görə də bizə bu gün qol vurmaq asan idi”, - deyə F.Santus bildirib.
Qeyd edək ki, bu gün dünya çempionatının seçmə mərhələsi çərçivəsində Portuqaliya Bakıda millimizə 3:0 hesabı ilə qalib gəlib.