Prezident İlham Əliyevə Serbiyada rəsmi qarşılanma mərasimi keçirilib

Prezident İlham Əliyevə Serbiyada rəsmi qarşılanma mərasimi keçirilib
Bütün Xəbərlər
10:59 08.06.2011
1283

 

Serbiya Respublikasında səfərdə olan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəsmi qarşılanma mərasimi olub. Hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı “Serbiya” Palatasının qarşısında Azərbaycan Prezidentinin şərəfinə fəxri qarovul dəstəsi düzülüb. Serbiya Prezidenti Boris Tadiç Azərbaycan Prezidenti İlham Əliyevi qarşılayıb.

Azərbaycanın və Serbiyanın dövlət himnləri səslənib. Fəxri qarovul dəstəsinin rəisi Prezident İlham Əliyevə raport verib. Dövlət başçıları fəxri qarovul dəstəsinin qarşısından keçiblər.

Serbiyanın dövlət və hökumət nümayəndələri Prezident İlham Əliyevə, Azərbaycan nümayəndə heyətinin üzvləri Prezident Boris Tadiçə təqdim olunub. Dövlət başçıları rəsmi foto çəkdiriblər.

OXŞAR XƏBƏRLƏR