Prezident “ADEX 2026”nın iştirakçılarına müraciət ünvanladı

Prezident “ADEX 2026”nın iştirakçılarına müraciət ünvanladı
SİYASƏT
10:00 30.09.2026
175
Prezident İlham Əliyev "ADEX 2026” 6-cı Azərbaycan Beynəlxalq Müdafiə Sərgisinin və "Securex Caspian 2026” 15-ci Yubiley Beynəlxalq Daxili Təhlükəsizlik, Mühafizə və Xilasetmə Avadanlıqları Sərgisinin iştirakçılarına müraciət ünvanlayıb.

AZXEBER.COM xəbər verir ki, müraciətdə deyilir:

"Hörmətli sərgi iştirakçıları və əziz qonaqlar!

Sizi "ADEX 2026” 6-cı Azərbaycan Beynəlxalq Müdafiə Sərgisinin və "Securex Caspian 2026” 15-ci Yubiley Beynəlxalq Daxili Təhlükəsizlik, Mühafizə və Xilasetmə Avadanlıqları Sərgisinin açılışı münasibətilə təbrik edir və Azərbaycanda səmimi-qəlbdən salamlayıram.

Bakı şəhərində ənənəvi olaraq təşkil edilən "ADEX” sərgisinin regionun ən mötəbər və faydalı müdafiə sənayesi platformalarından birinə çevrilməsini görmək məmnunluq doğurur. Bu sərgiyə marağın ildən-ilə artması, burada bir çox ölkənin və aparıcı şirkətin təmsil olunması tədbirin aktuallığını və beynəlxalq nüfuzunu əyani şəkildə əks etdirir.

Dost və tərəfdaş ölkələrin müdafiə sənayesi qurumlarını, hərbi ekspertlərini və şirkətlərini bir araya gətirən bu mühüm beynəlxalq sərgi müdafiə sənayesinin müxtəlif istiqamətləri üzrə ən son texnologiyaların, müasir silah sistemlərinin, hərbi texnika nümunələrinin, həmçinin innovativ həllərin nümayiş etdirilməsinə, yeni əməkdaşlıq imkanlarının müzakirə olunmasına və qarşılıqlı faydalı tərəfdaşlıq əlaqələrinin qurulmasına əlverişli imkan yaradır.

Müdafiə qabiliyyətinin möhkəmləndirilməsi və milli təhlükəsizliyin təmin edilməsi Azərbaycanın dövlət siyasətinin prioritet istiqamətlərindən biridir. Həyata keçirilən ardıcıl tədbirlər nəticəsində böyük inkişaf yolu keçən ölkəmizin müdafiə sənayesi bu gün keyfiyyətcə yeni mərhələyə qədəm qoymuş və istehsal imkanlarını əhəmiyyətli dərəcədə genişləndirmişdir. Yerli müəssisələrdə istehsal olunan müdafiə təyinatlı məhsullar Silahlı Qüvvələrimizin təchizatında mühüm yer tutmaqla yanaşı, beynəlxalq bazarlarda da rəqabət qabiliyyəti ilə seçilərək müxtəlif ölkələrin aidiyyəti qurumları tərəfindən xüsusi maraqla qarşılanır. Azərbaycanın müdafiə sənayesi sahəsində əldə etdiyi nailiyyətlər ölkəmizin hərbi-texniki potensialının güclənməsinə, dost və tərəfdaş dövlətlərlə əməkdaşlığın dərinləşməsinə xidmət edir.

Bu gün Azərbaycanın müdafiə sənayesi məhsullarının keyfiyyəti və etibarlılığı beynəlxalq səviyyədə yüksək qiymətləndirilir. "ADEX” sərgisi həm ölkəmizin müdafiə-sənaye kompleksinin gücünün və potensialının, o cümlədən innovativ texnologiyalarının, həm də tərəfdaşlarımızın müdafiə sənayesi müəssisələrinin müasir məhsullarının və yeni nailiyyətlərinin beynəlxalq ictimaiyyətə təqdim olunması baxımından xüsusi əhəmiyyət daşıyır.

"ADEX” ilə paralel olaraq və bu il artıq 15-ci dəfə keçirilən "Securex Caspian” sərgisi də öz növbəsində təhlükəsizlik, mühafizə, xilasetmə və fövqəladə halların idarə olunması sahələrində qabaqcıl texnologiyaların nümayiş etdirildiyi ixtisaslaşmış tədbirlərdən biri olaraq böyük nüfuz qazanmışdır.

Əminəm ki, "ADEX” və "Securex Caspian” sərgiləri iştirakçılar arasında yeni işgüzar əlaqələrin qurulmasına, habelə hərbi-texniki tərəfdaşlığın gücləndirilməsinə mühüm töhfə verəcəkdir.

Hər birinizi bir daha ürəkdən salamlayır, sərgilərin işinə uğurlar, iştirakçılara səmərəli fəaliyyət arzulayıram!"

Prezi
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
İCMA-nın İstanbul səfəri: mühüm görüşlər və yeni əməkdaşlıq imkanları - FOTOLAR
12:08 30.09.2026
İCMA-nın İstanbul səfəri: mühüm görüşlər və yeni əməkdaşlıq imkanları - FOTOLAR
Milli Məclis Anım Günü ilə bağlı Bəyanat qəbul etdi
11:56 30.09.2026
Milli Məclis Anım Günü ilə bağlı Bəyanat qəbul etdi
Siyavuş Novruzov: Qeydiyyatsız evlərə görə bələdiyyələr əmlak vergisi toplaya bilmir
11:53 30.09.2026
Siyavuş Novruzov: Qeydiyyatsız evlərə görə bələdiyyələr əmlak vergisi toplaya bilmir
Qaçırıldığı deyilən "Flydubai" təyyarəsində əslində nə baş verib?
11:45 30.09.2026
Qaçırıldığı deyilən "Flydubai" təyyarəsində əslində nə baş verib?
"Flydubai" təyyarəsi ələ keçirilmə siqnalından sonra Səudiyyə Ərəbistanında eniş edib
11:42 30.09.2026
"Flydubai" təyyarəsi ələ keçirilmə siqnalından sonra Səudiyyə Ərəbistanında eniş edib
Bakıda içməli su xəttində qəza - Əraziyə texnika cəlb edildi
11:32 30.09.2026
Bakıda içməli su xəttində qəza - Əraziyə texnika cəlb edildi
Azərbaycanda yeni qəsəbə salınır - 50 milyon manat ayrıldı
11:12 30.09.2026
Azərbaycanda yeni qəsəbə salınır - 50 milyon manat ayrıldı
Azərbaycan universitetlərinin THE reytinqində təmsilçiliyi genişlənib
10:47 30.09.2026
Azərbaycan universitetlərinin THE reytinqində təmsilçiliyi genişlənib
Böyük Britaniyanın müdafiə naziri Azərbaycanda səfərdədir
10:44 30.09.2026
Böyük Britaniyanın müdafiə naziri Azərbaycanda səfərdədir
Azərbaycanda kütləvi zəhərlənmə: 10 nəfər xəstəxanalıq oldu
10:43 30.09.2026
Azərbaycanda kütləvi zəhərlənmə: 10 nəfər xəstəxanalıq oldu
"Müdafiə qabiliyyətinin möhkəmləndirilməsi Azərbaycanın dövlət siyasətinin prioritet istiqamətlərindən biridir"
10:36 30.09.2026
"Müdafiə qabiliyyətinin möhkəmləndirilməsi Azərbaycanın dövlət siyasətinin prioritet istiqamətlərindən biridir"
Təhlükəsizlik zəncirinin ən həssas halqası
10:26 30.09.2026
Təhlükəsizlik zəncirinin ən həssas halqası
Prezident “ADEX 2026”nın iştirakçılarına müraciət ünvanladı
10:00 30.09.2026
Prezident “ADEX 2026”nın iştirakçılarına müraciət ünvanladı
Bəzi məktəblərdə müəllim çatışmazlığı yaşanır - VİDEO
09:42 30.09.2026
Bəzi məktəblərdə müəllim çatışmazlığı yaşanır - VİDEO
Nərmin Kərimbəyova Türküstandakı konsertdə anşlaqla qarşılandı
09:38 30.09.2026
Nərmin Kərimbəyova Türküstandakı konsertdə anşlaqla qarşılandı
Boş qalan yerlər çoxalır, kolleclər bağlana bilər? - AÇIQLAMA
09:12 30.09.2026
Boş qalan yerlər çoxalır, kolleclər bağlana bilər? - AÇIQLAMA