Prezident: "Azərbaycanın ərazi bütövlüyü tam şəkildə bərpa edilməlidir"

Prezident: "Azərbaycanın ərazi bütövlüyü tam şəkildə bərpa edilməlidir"
Bütün Xəbərlər
17:24 27.05.2011
1363

Bu ümidləri möhkəmləndirən amillərin son aylar ərzində kifayət qədər çox olduğunu deyən İlham Əliyev qeyd edib ki, ilk dəfə olaraq son aylar ərzində ATƏT-in Minsk qrupunun həmsədr ölkələri tərəfindən status-kvonun dəyişdirilməsi ilə bağlı bəyanatlar verilməyə başlayıb.

“Belə dəqiq və ciddi bəyanatlar eşitməmişdik. Yəni status-kvonun dəyişdirilməsi o deməkdir ki, işğal edilmiş torpaqlardan işğalçı qüvvələr çıxarılmalıdır və Azərbaycanın ərazi bütövlüyü bərpa edilməlidir. Dünən Minsk qrupuna həmsədrlik edən ölkələrin dövlət başçılarının birgə bəyanatı da verildi. Bu bəyanatda da təxminən oxşar fikirlər səslənir ki, məsələ tezliklə öz həllini tapmalıdır. Biz də bunun tərəfdarıyıq", - deyə dövlət başçısı vurğulayıb.

//Ans tv

OXŞAR XƏBƏRLƏR