Prezident Azərbaycan xalqını təbrik etdi

Prezident Azərbaycan xalqını təbrik etdi
SİYASƏT
12:11 25.11.2020
822

"Əziz həmvətənlər. Bu gün Kəlbəcər rayonu işğaldan azad olundu. Bu münasibətlə bütün Azərbaycan xalqını ürəkdən təbrik edirəm”.

Oxu.Az-ın məlumatına görə, bunu Ali Baş Komandan, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev xalqa müraciətində bildirib.

"Əziz kəlbəcərlilər, gözünüz aydın olsun. 

Doğma rayonunuz işağdan azad olundu. Bu günü Azərbaycan xalqı səbirsizliklə gözləyirdi.

Kəlbəcər rayonu 1993-cü il aprelin 2-də işğal edilmişdi. Günahsız insanlar öz dədə-baba torpaqlarından vəhşicəsinə qovulmuşdu. Kəlbəcərin tarixi abidələrinə, təbiətinə böyük ziyan vurulmuşdu”, - deyə Prezident bildirib.
OXŞAR XƏBƏRLƏR