Prezident: “Gələcək haqqında düşünməli, zamanı qabaqlamalıyıq”

Prezident: “Gələcək haqqında düşünməli, zamanı qabaqlamalıyıq”
SİYASƏT
16:44 05.03.2021
501
Xalq 2003-cü ildə Heydər Əliyev siyasətinə səs vermiş, mənə etimad göstərmişdir. Çünki mən demişdim ki, əgər xalq etimad göstərərsə, Ulu Öndərin siyasətinə sadiq qalacağam. O, əsas amillərdən biri idi. Həyat onu göstərdi ki, biz son 17 il ərzində doğrudan da tarixi uğurlara imza atdıq.

AZƏRTAC xəbər verir ki, bu fikirləri Prezident, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyev partiyanın VII qurultayındakı çıxışında son 17 ildə qazanılan uğurlardan danışarkən söyləyib.

Dövlətimizin başçısı deyib: "Bu dövrü xarakterizə etmək üçün çox vaxt lazımdır. Hər şey göz qabağındadır. Əminəm ki, bizim tarixçilərimiz, politoloqlarımız, alimlərimiz bu dövrü də məqalələrdə, kitablarda, dərsliklərdə düzgün əks etdirəcəklər. Çünki bu, ölkəmizin əvvəlki dövrə, o möhkəm təmələ əsaslanmış, amma yeni dövrü idi. Bu da təbiidir. Çünki hər dövrün öz tələbləri var. Biz XXI əsrdə 1990-cı illərin tələbləri ilə yaşaya bilmərik. Hətta bu gün müharibədən sonra yeni dövr başlayır. Əvvəlki dövrlərdə əldə edilmiş bütün uğurları biz kənara qoymalıyıq. Bəli, bu, bizim üçün fundament yaratdı, baza yaratdı, imkan yaratdı ki, biz əsas məqsədimizə çataq. Ancaq əgər biz oturub da bütün gün o dövr haqqında danışsaq, gələcək haqqında düşünməsək, onda nə olacaq. Biz gələcək haqqında düşünməli, zamanı qabaqlamalıyıq”.

Prezident vurğulayıb ki, indi Qarabağın bərpası ilə bağlı bizim əsas rəqibimiz zamandır. "Ölkənin gələcəyini elə planlaşdırmalıyıq ki, uzunmüddətli dayanıqlı inkişaf təmin edilsin, müstəqillik əbədi olsun, ölkəmizin qüdrəti artsın, təsir imkanlarımız artsın və daim Azərbaycan xalqı təhlükəsizlik şəraitində öz dədə-baba torpağında yaşasın”, - deyə dövlətimizin başçısı qeyd edib.

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
KİV: Tramp administrasiyası Rusiyaya böyük güzəştlər etməyə hazırdır
03:33 11.10.2026
KİV: Tramp administrasiyası Rusiyaya böyük güzəştlər etməyə hazırdır
Tayvan Prezidenti Çinlə münasibətlər barədə bəyanat verib
03:16 11.10.2026
Tayvan Prezidenti Çinlə münasibətlər barədə bəyanat verib
Ölən qızı 11 ay əvvəl boşanıbmış
03:00 11.10.2026
Ölən qızı 11 ay əvvəl boşanıbmış
ABŞ Kiyevi kəşfiyyat məlumatlarını kəsməklə hədələdi
02:46 11.10.2026
ABŞ Kiyevi kəşfiyyat məlumatlarını kəsməklə hədələdi
Hindistanda "Tarakanlar Partiyası" etiraz keçirdi: Beş mindən çox saxlanan var
02:30 11.10.2026
Hindistanda "Tarakanlar Partiyası" etiraz keçirdi: Beş mindən çox saxlanan var
Qızıl 2027-ci ildə neçəyə olacaq? – PROQNOZ
02:18 11.10.2026
Qızıl 2027-ci ildə neçəyə olacaq? – PROQNOZ
Bu fotosu hamiləlik ehtimallarını gücləndirdi
02:06 11.10.2026
Bu fotosu hamiləlik ehtimallarını gücləndirdi
Pakistan-Əfqanıstan sərhədində toqquşma oldu
01:50 11.10.2026
Pakistan-Əfqanıstan sərhədində toqquşma oldu
İranın cənub-şərqində partlayış oldu - Yüksək rütbəli polis zabiti öldü
01:36 11.10.2026
İranın cənub-şərqində partlayış oldu - Yüksək rütbəli polis zabiti öldü
01:25 11.10.2026
''Uşaqların geyimini zərərli mübahisəyə çevirmək cəhdləri var'' - Bahar Muradova
“Məktəbli qızların hicab taxmasını tələb edən valideynlərin narazılığını başa düşə bilmirəm” - Sabir Rüstəmxanlı
01:15 11.10.2026
“Məktəbli qızların hicab taxmasını tələb edən valideynlərin narazılığını başa düşə bilmirəm” - Sabir Rüstəmxanlı
Əvvəl oğulu, sonra ananı öldürdülər - Qohumların YOL DAVASI
01:13 11.10.2026
Əvvəl oğulu, sonra ananı öldürdülər - Qohumların YOL DAVASI
Zelenski Trampın sərt bəyanatlarından dərhal sonra Britaniyanın baş naziri ilə danışıb
01:03 11.10.2026
Zelenski Trampın sərt bəyanatlarından dərhal sonra Britaniyanın baş naziri ilə danışıb
Pentaqon: İranla əməliyyatlar zamanı 21 ABŞ hərbçisi ölüb, 865-i yaralanıb
00:50 11.10.2026
Pentaqon: İranla əməliyyatlar zamanı 21 ABŞ hərbçisi ölüb, 865-i yaralanıb
Uitkoff və Kuşner yaxın günlərdə Moskvaya səfər edəcəklər
00:40 11.10.2026
Uitkoff və Kuşner yaxın günlərdə Moskvaya səfər edəcəklər
İran hücum təhlükəsinə görə sərhəddəki vəziyyəti açıqladı
00:30 11.10.2026
İran hücum təhlükəsinə görə sərhəddəki vəziyyəti açıqladı