APA-nın məlumatına görə, Xocalı soyqırımının 20-ci ildönümü münasibətilə Bakı Dəniz Vağzalının qarşısından “Ana harayı” abidəsinin qarşısınadək keçirilən yürüş başa çatıb. Yürüşdə iştirak edən Azərbaycan prezidenti və xanımı abidəni kompleksi ziyarət edib, abidənin qarşısına əklil qoyublar. Ziyarət mərasimində Azərbaycanın hökumət və dövlət rəsmiləri də iştirak ediblər.










































