“Atletiko Madrid” klubun oyunçusu Arda Turan prezident İlham Əliyevlə görüşüb.
AZXEBER.COM-un Türkiyə mətbuatına istinadən verdiyi xəbərə görə, Arda Turan klubun formasını prezidentə hədiyyə edib. Formanın arxasında isə prezidentin adı yazılıb.
Qeyd edək ki, İspaniyanın və dünyanın ən tanınmış klubları sırasında yer alan “Atletiko” 30 aprel 2013-cü il tarixdə “Bakı”nın Ulduzlar komandası ilə yoldaşlıq oyunu keçirəcək. Futbol bayramı Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq və saat 19.00-dan start götürəcək konsert proqramı ilə başlanacaq.