Prezident İlham Əliyev Baş Klinik Hospitalının açılışında iştirak edib

SİYASƏT
12:47 25.06.2013
1663
Bu gün Silahlı Qüvvələrin Baş Klinik Hospitalının ikinci müalicə korpusunun açılışı olub. AzərTac-ın verdiyi xəbərə görə, Azərbaycan Respublikasının prezidenti İlham Əliyev açılış mərasimində iştirak edib.Müdafiə naziri, general-polkovnik Səfər Əbiyev Silahlı Qüvvələrin Ali Baş Komandanı, Prezident İlham Əliyevə raport verib.Dövlət başçısı Heydər Əliyevin hospitalın həyətindəki abidəsi önünə gül dəstəsi qoyub və hospitalın baş planını əks etdirən stendə baxıb.Dövlət başçısı müalicə korpusunun rəmzi açılışını bildirən lenti kəsdikdən sonra burada yaradılmış şəraitlə tanış olub. Səhiyyə ocağı ilə tanışlıqdan sonra Azərbaycan Prezidenti hospitalın kollektivi ilə görüşüb.

OXŞAR XƏBƏRLƏR