Prezident İlham Əliyev Davosda Əhməd Davudoğlu ilə görüşdü

Prezident İlham Əliyev Davosda Əhməd Davudoğlu ilə görüşdü
Bütün Xəbərlər
18:38 23.01.2013
1108
Bu gün Davosda Azərbaycan prezidenti İlham Əliyevin Türkiyə Respublikasının xarici işlər naziri Əhməd Davudoğlu ilə görüşü olub. Görüşdə Azərbaycan ilə Türkiyə arasında münasibətlərin bütün sahələrdə inkişafından məmnunluq ifadə edilib. Nazir Əhməd Davudoğlu Türkiyə prezidenti Abdullah Gülün, Baş nazir Rəcəb Tayyib Ərdoğanın salamlarını Azərbaycan prezidenti İlham Əliyevə çatdırıb.Ölkələrimiz arasında həyata keçirilən bir sıra qlobal layihələrin, o cümlədən Trans-Anadolu qaz boru kəməri (TANAP) layihəsinin əhəmiyyəti qeyd edilib. Azərbaycan-Türkiyə əməkdaşlığının bundan sonra da uğurla inkişaf edəcəyinə əminlik ifadə olunub.Görüşdə Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı danışıqların hazırkı vəziyyəti və digər məsələlər müzakirə edilib.
OXŞAR XƏBƏRLƏR