Prezident İlham Əliyev Əhmədli qəsəbəsində poliklinika açılışında iştirak etdi

Prezident İlham Əliyev Əhmədli qəsəbəsində poliklinika açılışında iştirak etdi
Bütün Xəbərlər
15:03 08.11.2012
1060
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Bakının Xətai rayonunun Əhmədli qəsəbəsində 14 nömrəli şəhər poliklinikasının açılışında iştirak edib. Ötən il aprelin 1-də Prezident İlham Əliyev Əhmədli qəsəbəsinin sosial-iqtisadi inkişafı ilə bağlı həyata keçirilən işlərlə tanış olarkən burada yeni poliklinikanın tikilməsinə dair tapşırıqlarını vermişdi. Dövlətimizin başçısının 2011-ci il 1 aprel tarixli Sərəncamı ilə bu tibb müəssisəsinin inşası üçün 1,5 milyon manat vəsait ayrılmışdı.Əhmədli qəsəbəsinə gələn Prezident İlham Əliyev poliklinikanın əvvəlki və hazırkı vəziyyətini əks etdirən şəkillərdən ibarət stendə baxıb.Xətai Rayon İcra Hakimiyyətinin başçısı Razim Məmmədov məlumat verib ki, poliklinikanın 780 kvadratmetrlik əvvəlki binası sakinlərin tələblərinə cavab vermirdi. Səhiyyə ocağının müasir memarlıq üslubunda inşa olunmuş üçmərtəbəli yeni binasının sahəsi isə 3,6 min kvadratmetrdir.Prezident İlham Əliyev poliklinikanın rəmzi açılışını bildirən lenti kəsib, yaradılan şəraitlə tanış olub.Foyedə ulu öndər Heydər Əliyevin və Prezident İlham Əliyevin ölkəmizdə səhiyyənin inkişafına diqqət və qayğısını əks etdirən fotoguşə yaradılıb.
OXŞAR XƏBƏRLƏR