Prezident İlham Əliyev gənclərlə bağlı Sərəncam imzaladı

Prezident İlham Əliyev gənclərlə bağlı Sərəncam imzaladı
Bütün Xəbərlər
18:49 02.09.2014
7243
Prezident İlham Əliyev Bakı şəhərində “Gənclər siyasəti üzrə Birinci Qlobal Forum”un və Kompyuter Oyunları üzrə VI Dünya Çempionatının keçirilməsi ilə bağlı tədbirlər haqqında Sərəncam imzalayıb. 
AZXEBER.COM xəbər verir ki, Sərəncamda deyilir:
2014-cü ilin oktyabr-noyabr aylarında Bakı şəhərində “Gənclər siyasəti üzrə Birinci Qlobal Forum”un və Kompyuter Oyunları üzrə VI Dünya Çempionatının keçirilməsini təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının 2014-cü il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinə 2,0 (iki) milyon manat ayrılsın.
OXŞAR XƏBƏRLƏR