Prezident İlham Əliyev təməlqoyma mərasimində iştirak etdi

Prezident İlham Əliyev təməlqoyma mərasimində iştirak etdi
Bütün Xəbərlər
13:21 19.04.2013
881
Bu gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Bakıda Su İdmanı Sarayının təməlqoyma mərasimində iştirak edib.AZXEBER.COM-un AzərTac-a istinadən verdiyi xəbərə görə, dövlət başçısı sarayın tikintisində iştirak edəcək xarici mütəxəssislərlə də görüşüb.Gənclər və idman naziri Azad Rəhimov layihənin texniki göstəriciləri haqqında Azərbaycan Prezidentinə məlumat verib. Bildirilib ki, sarayın layihəçisi Koreya Respublikasının “Securo CO.LTD” şirkətidir. Bundan başqa, layihədə Azərbaycanın “DDLAR Group”, İtaliyanın “Myrtha Pool”, İspaniyanın “Pujol Arquitectura”, Türkiyənin “Kadayfçıoğlu İnşaat” və “Başak İnşaat Sənaye Ticarət”, Böyük Britaniyanın “AFL Architects” şirkətləri də iştirak edirlər.Məlumat verilib ki, oval formada tikiləcək binanın ümumi sahəsi 45 min 929 kvadratmetr, tikili altı sahəsi 13,810 kvadratmetr, hündürlüyü isə 35,2 metr olacaq. Diqqətə çatdırılıb ki, 6028 tamaşaçı yeri olacaq sarayda üç üzgüçülük hovuzu, fitnes zal, restoran, konfrans zalı, duş otaqları, Beynəlxalq Üzgüçülük Federasiyasının tələblərinə uyğun digər işçi və köməkçi otaqlar tikiləcək.Zirzəmidən və tribunaları dəmir-beton konstruksiyadan ibarət olacaq kompleksin 9 ballıq zəlzələyə davamlılığı nəzərə alınıb. Həmçinin qeyd olunub ki, sarayın ərazisində avtomobil dayanacağı tikiləcək, yaşıllıq zolaqları salınacaq, istirahət guşələri yaradılacaq. Sarayda müasir idman avadanlığı, inventarlar, ventilyasiya sistemi, nəmalma qurğusu, siqnalizasiya, təhlükəsizlik müşahidə kameraları, liftlər quraşdırılacaq, əraziyə giriş-çıxış yolları çəkiləcək.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Tramp Hörmüz boğazındakı vəziyyətlə bağlı müşavirə keçirib
23:32 18.04.2026
Tramp Hörmüz boğazındakı vəziyyətlə bağlı müşavirə keçirib
"Qalatasaray" səfərdə "Gənclərbirliyi"ni məğlub edib
23:23 18.04.2026
"Qalatasaray" səfərdə "Gənclərbirliyi"ni məğlub edib
Hava şəraiti dəyişəcək - XƏBƏRDARLIQ
23:15 18.04.2026
Hava şəraiti dəyişəcək - XƏBƏRDARLIQ
“Sevindirici tərəfi odur ki, nə var, onu deyib” - Elvindən danışdı
22:56 18.04.2026
“Sevindirici tərəfi odur ki, nə var, onu deyib” - Elvindən danışdı
Banka borcunu ödəməyənlərlə bağlı tələblər sərtləşdirilir - VİDEO
22:45 18.04.2026
Banka borcunu ödəməyənlərlə bağlı tələblər sərtləşdirilir - VİDEO
SEPAH Hörmüz boğazının bağlandığını elan edib
22:24 18.04.2026
SEPAH Hörmüz boğazının bağlandığını elan edib
"Haber Global" Mehriban Əliyevanın Antalyada Fələstinlə bağlı paneldə iştirak etməsi barədə reportaj hazırlayıb
22:10 18.04.2026
"Haber Global" Mehriban Əliyevanın Antalyada Fələstinlə bağlı paneldə iştirak etməsi barədə reportaj hazırlayıb
Kiyevdə atışmanı törədən şəxsin kimliyi açıqlanıb
21:57 18.04.2026
Kiyevdə atışmanı törədən şəxsin kimliyi açıqlanıb
Ceyhun Bayramov və Bəxtiyor Saidov Yaxın Şərqdəki vəziyyəti müzakirə ediblər
21:38 18.04.2026
Ceyhun Bayramov və Bəxtiyor Saidov Yaxın Şərqdəki vəziyyəti müzakirə ediblər
Azərbaycan və Qırğızıstan XİN başçıları TDT çərçivəsində əməkdaşlığı müzakirə ediblər
21:37 18.04.2026
Azərbaycan və Qırğızıstan XİN başçıları TDT çərçivəsində əməkdaşlığı müzakirə ediblər
Antalyada Azərbaycan–Türkmənistan tərəfdaşlığı müzakirə edilib
21:36 18.04.2026
Antalyada Azərbaycan–Türkmənistan tərəfdaşlığı müzakirə edilib
“Sabah” səfərdə “Qarabağ”ı məğlub etdi
21:34 18.04.2026
“Sabah” səfərdə “Qarabağ”ı məğlub etdi
İlahə Abdullayevaya yeni vəzifə verildi
21:17 18.04.2026
İlahə Abdullayevaya yeni vəzifə verildi
Ölkədə ilk dəfə 5 fənn üzrə 832 şagirdin iştirakı ilə Respublika fənn olimpiadasının final mərhələsi ADNSU-da keçirilir
21:08 18.04.2026
Ölkədə ilk dəfə 5 fənn üzrə 832 şagirdin iştirakı ilə Respublika fənn olimpiadasının final mərhələsi ADNSU-da keçirilir
Ağdamda gənc FACİƏLİ şəkildə öldü
21:03 18.04.2026
Ağdamda gənc FACİƏLİ şəkildə öldü
Ceyhun Bayramov ilə Maqdalena Qrono Ermənistan–Azərbaycan normallaşma prosesini müzakirə ediblər
20:52 18.04.2026
Ceyhun Bayramov ilə Maqdalena Qrono Ermənistan–Azərbaycan normallaşma prosesini müzakirə ediblər