Azərbaycan Prezidenti İlham Əliyev Vergi Məcəlləsinə düzəlişləri təsdiq edib.
AZXEBER.COM xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin rəsmi saytında bildirilir.Ümumilikdə məcəlləyə 129 düzəliş edilib. Belə ki, 1 yanvar 2013-cü il tarixindən Azərbaycanda gəlir vergisinin maksimal dərəcəsi hazırki 30%-dən 25% -ə endirilib.14% dərəcə ilə vergiyə cəlb olunan gəlirlərin həcmi 2 min manatdan 2,5 min manata qədər artırılır. Vətəndaşların idman oyunlarından uduş qismində əldə edilən gəlirləri gəlir vergisi ödəmələrindən azad edilir.Həmçinin Azərbaycanın keçmiş prezidentləri və onların ailə üzvlərinin aldıqları pensiya və digər ödəmələri də gəlir vergisindən azad edilir.Azərbaycan ali təhsil müəssisələrində təhsil haqları da ƏDV-dən azad edilir.Düzəlişlər həmçinin sənaye və texnopark rezidentləriə 7 il müddətinə vergi və gömrük güzəştlərinin edilməsini nəzərdə tutur.Düzəlişlər həmçinin yol vergi dərəcələrində dəyişikliklər nəzərdə tutur.Xüsusilə də, 2013-cü ildən Azərbaycan ərazisinə daxil olan minik avtomobilləri üçün onların ölkə ərazisində olduğu müddət və mühərrikin həcmini nəzərə alınaraq diverensiyalı yol vergisi dərəcəsinin tətbiqinə başlanacaq.












































