Bu gün Azərbaycan prezidenti İlham Əliyevə Belarus Respublikasının yüksək dövlət mükafatı - "Xalqlar dostluğu" ordeni təqdim edilib. AZXEBER.COM-un AzərTAc-a istinadən verdiyi məlumata görə, ordeni dövlət başçısına Belarus prezidenti Aleksandr Lukaşenko təqdim edib.Qeyd edək ki, bu gün Azərbaycan prezidentinin Belarusa rəsmi səfəri başlayıb. Səfər çərçivsində prezident İlham Əliyevin belaruslu həmkarı Aleksandr Lukaşenko ilə təkbətək və geniş tərkibdə görüşləri keçirilib. Bu görüşlərdən sonra Azərbaycanla Belarus arasında 7 hökumətlərarası saziş imzalanıb.