Prezident İlham Əliyevin qızları sərgidə - FOTOLAR

Prezident İlham Əliyevin qızları sərgidə - FOTOLAR
MEDIA
11:55 19.04.2013
5582

"Yarat!" Müasir İncəsənət Məkanı Azərbaycan incəsənəti ilə bağlı həyata keçirilən layihələrin davamı olaraq daimi tərəfdaşı Heydər Əliyev Fondu ilə birlikdə aprelin 18-də Parisin mərkəzində yerləşən Azərbaycan Mədəniyyəti Mərkəzində müasir Azərbaycan incəsənətinə həsr olunan "Home, sweet home" ("Doğma ev") mövzusunda sərgi təşkil edilib.

Sərginin bəşəriyyətə mədəniyyət və inscənət sahəsində böyük dühalar bəxş edən, dünya mədəniyyətinin beşiyi sayılan Fransada nümayiş etdirilməsi bu ölkə sakinlərini Azərbaycanın zəngin rəssamlıq nümunələri və milli dəyərləri ilə yaxından tanış etmək və onlarda ölkəmiz barədə geniş təsəvvür yaratmaq məqsədi daşıyır.

Sərgidə 25 rəssamın 90 əsəri nümayiş etdirilir. Tamaşaçılar Leyla Əliyeva, Aida Mahmudova, Müseyib Əmirov, Vüqar Muradov, Sitarə İbrahimova, Altay Sadıqzadə, Fəxriyyə Məmmədova, Fidan Seyidova, Fərid Rəsulovun və digərlərinin müasir və miniatür əsərləri ilə tanış olmuşlar. Sərgidə Leyla Əliyevanın "Beyin", Aida Mahmudovanın "Yenidən emal" ("Recycle"), Altay Sadıqzadənin "Pilləkənin başında", Fərid Rəsulovun "Anonim" əsərləri xüsusi maraqla qarşılanıb.

Sərgini açan Azərbaycanın Fransadakı səfiri Elçin Əmirbəyov bu sərginin müxtəlif mədəniyyətlərin və sivilizasiyaların arasında yerləşən Azərbaycan mədəniyyəti və zəngin dəyərlərini fransızlara yaxından tanıtmaq məqsədilə təşkil edildiyini, sərginin mədəniyyət mərkəzində Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın iştirakı ilə ilk dəfə nümayiş etdirildiyinə diqqət çəkmişdir. Səfir qeyd etmişdir ki, Azərbaycan mədəniyyətinin xarici ölkələrdə, o cümlədən Fransada tanıdılması istiqamətində Mehriban xanım Əliyevanın müstəsna rolu vardır.

Mədəniyyət sahəsində müxtəlif layihələri həyata keçirən Heydər Əliyev Fondunun təşkilatçılığı ilə həyata keçirilən "Qafqazın incisi olan Azərbaycanın mədəni dəyərləri" layihəsi çərçivəsində Azərbaycan günlərinin artıq ölkənin ayrı-ayrı regionlarının on şəhərində keçiridiyini xatırladan səfir Heydər Əliyev Fondunun tərəfdaşlığı sayəsində mərkəzdə gənc rəssam Aida Mahmudovanın təsis etdiyi "Yarat" Müasir İncəsənət Makanı tərəfindən təşkil olunan bu sərgidə müxtəlif rəssamların çoxlu sayda əsərinin nümayiş etdirildiyini və mdənəniyyətlərarası dialoqa xidmət etdiyini bildirmiş, qurumun əsas məqsədinin azərbaycanlı və xarici rəssamlar arasında sıx əlaqələr yaradılmasına ximət etdiyini vurğulayıb.

"Yarat" Müasir İncəsənət Məkanının təsisçisi Aida Mahmudova rəhbərlik etdiyi qurumun Heydər Əliyev Fondunun tərəfdaşlığı ilə təşkil olunan "Doğma ev" adlı sərginin fəaliyyəti baradə söz açmış, sərginin Azərbaycanın gənc rəssamlarının əsərlərini dünyaya çatdırmaq məqsədi daşıdığını, təşkilat tərəfindən artıq bir neçə belə sərginin artıq Rusiya, İtaliya, Birləşmiş Ərəb Əmirliklərində təşkil edildiyini diqqətə çatdırıb.Parisdə ilk dəfə azərbaycanlı rəssamların əsərlərindən ibarət sərginin nümayiş etdirildiyini vurğulayan A.Mahmudova "Yarat" Müasir İncəsənət Məkanının digər təşkilatlarla əməkdaşlıq etdiyini, belə tədbirlərin gələcəkdə də davam etdiriləcəyini bildirib.

A.Mahmudova demişdir: Rəssamlar doğma evlə bağlı hisslərini "Doğma ev" sərgisində tamaşa edəcəyiniz əsərlərə köçürmüşlər. Tədbirin təşkilində Heydər Əliyev Fondunun əməli köməkliyini xüsusi vurğulayan A.Mahmudova fonda öz təşəkkürünü bildirib.

Sonda Aida Mahmudova bu sərginin Azərbaycan ilə Fransa arasında mövcud əlaqələrin inkişafına yeni töhfə verəcəyinə əminliyini vurğulayıb.

Sərginin açılışında iştirak edən Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva sərgi ilə yaxından tanış olub.// AzərTAc

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Bakı, Xankəndi, Şuşa və daha beş şəhərdə hərbi yürüş keçiriləcək
17:47 25.06.2026
Bakı, Xankəndi, Şuşa və daha beş şəhərdə hərbi yürüş keçiriləcək
Sabah Bakının bu küçələrində hərbçilərin yürüşü olacaq - Siyahı
17:37 25.06.2026
Sabah Bakının bu küçələrində hərbçilərin yürüşü olacaq - Siyahı
Kartlardan pul silinməsi ilə bağlı müəmma: Bank sistemindəki nasazlıq, yoxsa?
17:16 25.06.2026
Kartlardan pul silinməsi ilə bağlı müəmma: Bank sistemindəki nasazlıq, yoxsa?
Ölümündən sonra təltif edilən polkovniklər...
17:11 25.06.2026
Ölümündən sonra təltif edilən polkovniklər...
General rütbəsi verilən zabitlər kimdir? - Foto
17:09 25.06.2026
General rütbəsi verilən zabitlər kimdir? - Foto
Hava kəskin dəyişir: Yağış, dolu və sel gözlənilir
17:07 25.06.2026
Hava kəskin dəyişir: Yağış, dolu və sel gözlənilir
Hikmət Hacıyev Makronun müşaviri ilə Azərbaycan-Fransa münasibətlərini müzakirə etdi
16:49 25.06.2026
Hikmət Hacıyev Makronun müşaviri ilə Azərbaycan-Fransa münasibətlərini müzakirə etdi
Nazirliyin şəhid hərbçiləri və mülki işçiləri ilə bağlı - Sərəncam
16:47 25.06.2026
Nazirliyin şəhid hərbçiləri və mülki işçiləri ilə bağlı - Sərəncam
Müdafiə Nazirliyinin hərbçiləri təltif edildi - Siyahı
16:30 25.06.2026
Müdafiə Nazirliyinin hərbçiləri təltif edildi - Siyahı
Beş hərbçiyə "general-mayor” ali hərbi rütbəsi verildi - Adlar
16:30 25.06.2026
Beş hərbçiyə "general-mayor” ali hərbi rütbəsi verildi - Adlar
Bir sıra publik hüquqi şəxslərin əsasında büdcə təşkilatları yaradılıb - FƏRMAN
16:08 25.06.2026
Bir sıra publik hüquqi şəxslərin əsasında büdcə təşkilatları yaradılıb - FƏRMAN
DİM apellyasiya müraciətlərini ödənişli edə bilər - “Bu, insanları müraciətdən çəkindirəcək” - RƏY
16:01 25.06.2026
DİM apellyasiya müraciətlərini ödənişli edə bilər - “Bu, insanları müraciətdən çəkindirəcək” - RƏY
Məzun gecəsi üçün verdikləri 50 minə yaxın pul ələ keçirildi - Rəsmi açıqlama
16:00 25.06.2026
Məzun gecəsi üçün verdikləri 50 minə yaxın pul ələ keçirildi - Rəsmi açıqlama
Prezidentin geri çağırdığı məşhur səfir kimdir? - DOSYESİ
15:53 25.06.2026
Prezidentin geri çağırdığı məşhur səfir kimdir? - DOSYESİ
“Nar”ın dəstəyi ilə inklüziv kulinariya master-klası keçirildi - FOTOLAR
15:52 25.06.2026
“Nar”ın dəstəyi ilə inklüziv kulinariya master-klası keçirildi - FOTOLAR
Azərbaycan universitetləri beynəlxalq reytinqlərdə uğurlarını davam etdirirlər
15:47 25.06.2026
Azərbaycan universitetləri beynəlxalq reytinqlərdə uğurlarını davam etdirirlər