Prezident: "Laçın dəhlizi erməni işğalçı qüvvələrindən təmizlənib"

Prezident: "Laçın dəhlizi erməni işğalçı qüvvələrindən təmizlənib"
SİYASƏT
12:12 01.12.2020
760
"Bütövlükdə azad edilmiş bölgələrin iqtisadi potensialı, kənd təsərrüfatı, turizm potensialı çox böyükdür. Biz bu potensialdan məharətlə istifadə edərək Qarabağ bölgəsini nəinki Azərbaycanın, dünyanın ən gözəl bölgələrindən birinə çevirməliyik və əminəm ki, buna nail olacağıq".

AZXEBER.COM xəbər verir ki, bunu Prezident İlham Əliyev xalqa müraciətində deyib.

"Laçın rayonunun strateji əhəmiyyəti, eyni zamanda, ondan ibarətdir ki, rayon ərazisindən və Laçın şəhərinin içi ilə Laçın dəhlizi keçir. Bildiyiniz kimi, bu dəhliz Rusiya sülhməramlı qüvvələrinin nəzarətinə verilibdir. Dəhliz uzun illər erməni silahlı qüvvələrinin, işğalçıların nəzarətində idi. Deyə bilərəm ki, noyabrın 10-da imzalanmış birgə Bəyanatın ilkin versiyasında bu dəhlizin erməni silahlı qüvvələrinin nəzarətində qalması ilə əlaqədar müddəa var idi. Mən buna etiraz etdim və nəticədə bu dəhliz Rusiya sülhməramlı qüvvələrinin nəzarətinə verilmişdir. Hesab edirəm ki, bu, çox böyük nailiyyətdir.

Laçın dəhlizi erməni işğalçı qüvvələrindən təmizlənib. Onu da bildirməliyəm ki, Bəyanatın ilkin versiyasının üzərində fəal işlər gedirdi, xüsusilə Şuşa şəhəri işğaldan azad olunandan sonra qısa müddət ərzində. Bəyanatın ilkin versiyasında bizə təklif edilirdi ki, Laçın dəhlizinin eni 30 kilometr olsun. Mən buna qəti etiraz etdim və dedim ki, Ermənistan tərəfinin bu iddiası tamamilə əsassızdır. Dəhliz çərçivəsində təhlükəsizlik tədbirlərini təmin etmək üçün bu qədər geniş dəhlizə ehtiyac yoxdur. Ona görə mən bunu tamamilə qəbuledilməz təklif kimi hesab etdim və öz fikrimi bildirdim. Ondan sonra ikinci variantda Laçın dəhlizinin eni 10 kilometr nəzərdə tutulurdu. Buna da mən razılıq vermədim və nəticədə 5 kilometr eni olan dəhliz haqqında razılıq əldə edildi. Beş kilometr həm bizim üçün, həm Dağlıq Qarabağda yaşayan ermənilər üçün və təhlükəsizliyi təmin etmək üçün kifayət qədər məsafəni əhatə edir", - dövlət başçısı bildirib.

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Dilənçilik edən uşaqların sayı artıb – Azyaşlıları küçəyə çıxaran səbəblər nədir?
16:54 12.08.2026
Dilənçilik edən uşaqların sayı artıb – Azyaşlıları küçəyə çıxaran səbəblər nədir?
Dünyada tullantıdan gəlir əldə edən ölkələr - SİYAHI
16:47 12.08.2026
Dünyada tullantıdan gəlir əldə edən ölkələr - SİYAHI
"Məkkə sazişi"nə o ölkə də qoşulmaq istəyib - Səudiyyə Ərəbistanı "yox" deyib
16:42 12.08.2026
"Məkkə sazişi"nə o ölkə də qoşulmaq istəyib - Səudiyyə Ərəbistanı "yox" deyib
Leobank Uşaq kartı istifadəçilərinin sayı 20 000-ə çatdı!
16:39 12.08.2026
Leobank Uşaq kartı istifadəçilərinin sayı 20 000-ə çatdı!
"Sabah" Çempionlar Liqasına vəsiqə qazansa, ən az 18 milyon avro əldə edəcək
16:35 12.08.2026
"Sabah" Çempionlar Liqasına vəsiqə qazansa, ən az 18 milyon avro əldə edəcək
Türkiyədə F16 təyyarəsi qəzaya uğradı
16:35 12.08.2026
Türkiyədə F16 təyyarəsi qəzaya uğradı
“Sabah”ın oyununda dava düşdü: Cinayət işi açıldı
16:22 12.08.2026
“Sabah”ın oyununda dava düşdü: Cinayət işi açıldı
Azərbaycanın xaricdəki qadın səfirləri - Onlar kimdir?
16:18 12.08.2026
Azərbaycanın xaricdəki qadın səfirləri - Onlar kimdir?
Park Yasamalda hazır və tikintisi davam edən mənzillər satışda
16:00 12.08.2026
Park Yasamalda hazır və tikintisi davam edən mənzillər satışda
Rusiyadan Telegram və Google-yə zərbə: Milyonlarla rubl cərimə
15:20 12.08.2026
Rusiyadan Telegram və Google-yə zərbə: Milyonlarla rubl cərimə
Azərbaycanda işsizlərin sayı niyə artır? - İqtisadçı səbəbləri açıqladı
15:05 12.08.2026
Azərbaycanda işsizlərin sayı niyə artır? - İqtisadçı səbəbləri açıqladı
Azərbaycanda bu şəxslərin gecə saatlarında işləməsi qadağandır
15:02 12.08.2026
Azərbaycanda bu şəxslərin gecə saatlarında işləməsi qadağandır
Radarların əsl məqsədi nədir? - Cərimələmək yoxsa sürücülərin təhlükəsizliyi…
14:58 12.08.2026
Radarların əsl məqsədi nədir? - Cərimələmək yoxsa sürücülərin təhlükəsizliyi…
Dünya Çempionatına buraxılmamışdı, UEFA Superkubokunu idarə edəcək
14:57 12.08.2026
Dünya Çempionatına buraxılmamışdı, UEFA Superkubokunu idarə edəcək
Zelenski: Ukrayna ordusu Novorossiyskdə Rusiya hərbi-dəniz bazasına zərbə endirib
14:46 12.08.2026
Zelenski: Ukrayna ordusu Novorossiyskdə Rusiya hərbi-dəniz bazasına zərbə endirib
Qarabağ Universitetində yeni mərhələ: Təhsil imkanları genişlənir
14:35 12.08.2026
Qarabağ Universitetində yeni mərhələ: Təhsil imkanları genişlənir