Prezident öldü

Prezident öldü
Bütün Xəbərlər
08:17 25.07.2012
2227
Qana prezidenti Con Evans Atta Millz 69 yaşında dünyasını dəyişib. Məlumatı Reuters agentliyi yayıb.
Prezidentin xəstəliyi ilə bağlı məlumat onun dünyasını dəyişməsindən cəmi bir neçə saat əvvəl açıqlanıb. Amma ölümün səbəbi hələlik məlum deyil.
Müxalifətdə olan partiyanın lideri Con Evans Atta Millz 2009-cu ildə keçirilən prezident seçkilərində səslərin 50,23 faizini toplayıb və prezident seçilib.
Prezidentin ölümündən bir neçə sonra vitse-prezident Con Dramani Mahama parlament qarşısında and içib və prezidentlik səlahiyyətlərinin icrasına başlayıb. Qana Konstitusiyasına görə, o, mərhum prezidentin səlahiyyət müddəti bitənə qədər ölkəni idarə edəcək. Con Evans Atta Millzin səlahiyyət müddəti dekabrda bitməli idi.
//anspress
OXŞAR XƏBƏRLƏR