Prezident Oğuz rayonuna getdi

Prezident Oğuz rayonuna getdi
Bütün Xəbərlər
19:36 16.11.2011
1635

Bu gün Azərbaycan prezidenti İlham Əliyev Oğuz rayonuna səfərə gedib. Dövlət başçısı xalqımızın ümummilli lideri Heydər Əliyevin Oğuz şəhərinin mərkəzində ucaldılmış abidəsini ziyarət edib, önünə gül dəstəsi qoyub. Prezident İlham Əliyevə abidənin yerləşdiyi ərazidə və rayonda görülmüş abadlıq-quruculuq işləri barədə məlumat verilib. Bildirilib ki, abidənin ətrafında yaşıllıq zolağı salınıb, ağac və bəzək kolları əkilmiş, müasir işıqlandırma sistemi quraşdırılıb. *** İlham Əliyev Oğuz şəhər mədəniyyət və istirahət parkının açılışında iştirak edib. Qeyd edilib ki, tikintisinə 2008-ci ildə başlanılan, ümumi sahəsi iki hektar olan parkın giriş qapısının üzərində dövlət bayrağının təsviri əks olunub. Parkda örtülü kölgəliklər, su hovuzları və biri musiqili olmaqla beş fəvvarə, uşaq əyləncə meydançası qurulub. Mədəniyyət və istirahət parkında yaradılmış 120 yerlik amfiteatrda müxtəlif tədbirlərin, o cümlədən konsert proqramlarının təşkili üçün geniş imkanlar var. Burada, həmçinin gümbəz formasında 12 istirahət guşəsi yaradılıb. Bildirilib ki, parkda geniş abadlıq-quruculuq işləri həyata keçirilib, səkilər salınıb, yaşıllaşdırma işləri görülüb, dekorativ gül kolları və ağaclar əkilib. Prezident İlham Əliyevə parkın yaxınlığında, Heydər Əliyev prospektinin başlanğıcında yaradılmış Bayraq Meydanı haqqında da məlumat verilib. Qeyd edildi ki, ümumi ərazisi min kvadratmetr olan meydanın inşasına 2011-ci ilin avqustunda başlanılıb. Burada quraşdırılan bayraq dirəyinin hündürlüyü 50 metrdir. Bu isə Azərbaycanın dövlət bayrağının Oğuz şəhərinin bir çox yerindən görünməsinə imkan yaradır. Bayrağın uzunluğu 15, eni isə 7,5 metrdir. Bayraq dirəyinin ətrafında ərazisi 200 kvadratmetr olan təbii qranitdən meydança, 300 kvadratmetr beton daşlarla üzlənmiş sahə, 500 kvadratmetr yaşıllıq zolağı salınıb, müasir işıqlandırma sistemi quraşdırılıb. Bundan başqa, meydanın ətrafında 3,5 min kvadratmetrədək ərazidə abadlıq işləri aparılıb, yollar genişləndirilib. Dövlət başçısı parkda Oğuz rayon ictimaiyyətinin nümayəndələri ilə görüşüb. Rayon sakini Xalid Babayev oğuzlular adından Prezident İlham Əliyevə minnətdarlıq edib. Sonda xatirə şəkli çəkdirilib. *** Bu gün Azərbaycan Respublikasının prezidenti İlham Əliyev Oğuz rayonuna səfəri çərçivəsində Qəhrəmanlar parkının açılışında iştirak edib. Dövlət başçısı parkda ucaldılmış abidənin önünə gül dəstəsi qoyub. Məlumat verilib ki, tikintisinə 2011-ci ilin iyulunda başlanılan Qəhrəmanlar parkı 8,4 min kvadratmetr ərazini əhatə edir. Burada sakinlərin istirahəti üçün hər cür şərait yaradılıb. Bildirilib ki, parkda geniş abadlıq işləri görülüb, beş min kvadratmetr ərazidə yaşıllıq zolağı salınıb, müasir işıqlandırma sistemi quraşdırılıb. Burada “Veteran” kafesi də yaradılıb. Qəhrəmanlar parkında quraşdırılan fəvvarələrin kənarları təbii qranitlə üzlənib. Parkda 600 kvadratmetr ərazi təbii qranitlə üzlənib, ümumi sahəsi iki min kvadratmetr olan iki kiçik meydança və parkdaxili gəzinti səkiləri tikilib. Prezident İlham Əliyev görülmüş işlərdən razılığını bildirib.

OXŞAR XƏBƏRLƏR