BAKU AZƏRBAYCAN
9°C
euro 1.8385
dollar 1.7000
rubl 0.0220
lirə 0.2518

Prezident parkinq problemindən danışdı: “Ədalətli yanaşmalıyıq”

Prezident parkinq problemindən danışdı: “Ədalətli yanaşmalıyıq”
SİYASƏT
17:01 18.02.2020
3918
“Ədalətli yanaşmalıyıq”" />
"Biz burada da hər şeyə ədalətli yanaşmalıyıq. Parkinq imkanları olmalıdır ki, sonra biz vətəndaşlardan bu qaydalara riayət etmələrini tələb edək”. 

AZXEBER.COM xəbər verir ki, bu fikirləri Azərbaycan Prezidenti İlham Əliyev bu gün Bakı Nəqliyyat Agentliyinin İdarə Heyətinin sədri Vüsal Kərimlini qəbul edən zaman deyib:

"Ona görə bəzi hallarda sürücülər bu qaydaları kobudcasına pozurlar. Parkinq olan yerdə maşınları münasib olmayan yerlərdə saxlayıb, həm piyadalara maneə törədirlər, həm də nəqliyyata problem yaradırlar. Ancaq kifayət qədər böyük imkanlar, yəni parkinq yerləri olmalıdır ki, biz sürücülərə bu tələbləri irəli sürək.

Burada da heç bir qanun pozuntusu olmamalıdır. Qanun qarşısında hamı bərabərdir. Hamı bilməlidir ki, şəhər nəqliyyatı həm insanların rahatlığıdır, həm bizim sağlamlığımızdır, həm də havanın təmiz olmasıdır.

Yenə də deyirəm, havanı ən çox çirkləndirən nəqliyyat vasitələridir, xüsusilə, tıxac olan yerdə. Tıxacın olmaması isə sizin əsas vəzifənizdir. Siz bundan sonra da aidiyyəti dövlət qurumları ilə bu istiqamətdə fəal olmalısınız”.

OXŞAR XƏBƏRLƏR