Fransanın sabiq prezidenti Nikolas Sarkozi xələfi Fransua Ollandın varlılar üçün verginin çoxaldılması planı səbəbilə ölkəsini tərk edir. Sabiq prezidentin ailəsi ilə birlikdə İngiltərənin paytaxtı Londonda məskunlaşacağı bildirilir.Sarkozinin bu planı isə sabiq prezident barədə korrupsiya ittihamı səbəbilə onun Parisdəki ofisində aparılan axtarışdan sonra meydana çıxıb. Belə ki, prokurorluq müsadirə etdiyi kompüterdən Sarkozinin Londonun yaxınlığında Cənubi Kensinqton bölgəsinə köçməyi və burda 1 milyard avroluq investisiya fondu qurmağı planlaşdırdığını aşkarlayıb.