Prezident vətəndaşları banandan imtina etməyə çağırdı

Prezident vətəndaşları banandan imtina etməyə çağırdı
Bütün Xəbərlər
16:44 07.09.2015
1566

Qazaxıstan prezidenti Nursultan Nazarbayev həmvətənlərini banan və “Land Cruiser”lərdən imtina etməyə çağırıb.

AZXEBER.COM Qazax KİV-nə istinadən xəbər verir ki, bu barədə prezident kənd təsərrüfatı məhsulları istehsalçıları ilə görüşü zamanı bildirib.

“Ən əsası odur ki, bizim yeməyə nəyimizsə var. Bizim hətta içməyə də nəyimizsə var. Geyinməyə nəyimizsə var. Başımızın üstündə damımız, evi qızdırmağımız üçün imkanlarımız var. Bizim lazım olan ən vacib şeylərimiz var. Yerdə qalan şeylərsiz – məsələn Qərb geyimlərsiz də keçinmək olar. Düzdür? Bizə ziyanlı olan bananlarsız da yaşamaq olar. Ən yaxşı, böyük “Land Cruiser”lərsiz də yaşamaq olar. Bunlarsız yaşamaq olar. Həyatı yaşamaq üçün ölkəmizdə hər şey var”, - deyə Qazaxıstan lideri vurğulayıb.

OXŞAR XƏBƏRLƏR