BAKU AZƏRBAYCAN
8°C
euro 1.8427
dollar 1.7000
rubl 0.0220
lirə 0.2563

Prezident xəbərdarlıq etdi: “Ciddi tədbirlər görüləcək” - VİDEO

Prezident xəbərdarlıq etdi: “Ciddi tədbirlər görüləcək” - VİDEO
SOSİAL
15:36 19.03.2020
4693
VİDEO" />
"Əgər kimsə özündə xəstəlik simptomu hiss edərsə, dərhal həkimlərə müraciət etməlidir, dərhal özünü təcrid etməlidir, kütləvi yerlərə getməməlidir, lazım olmadan kütləvi tədbirlərdə iştirak etməməlidir”.

AZXEBER.COM-un məlumatına görə, bunu Prezident İlham Əliyev Novruz bayramı münasibətilə Azərbaycan xalqını təbrik edərkən deyib.

Dövlət başçısı qeyd edib ki, kütləvi tədbirlər artıq ləğv olunub.

Prezident, bununla belə, hansısa məsuliyyətsiz adamların qaydalara uyğun olmayan hərəkətlər etmələrini istisna etməyib.

"Mən bəri başdan hər kəsi xəbərdar etmək istəyirəm, ciddi tədbirlər görüləcək. Çünki bu, milli məsələdir, xalqımızın sağlamlığıdır, dövlətimizin təhlükəsizliyidir. Hər kəs bilsin, əgər martın 14-də elan olunmuş qaydalara kimsə əməl etməsə, çox ciddi məsuliyyətə cəlb ediləcək”, - deyə İlham Əliyev əlavə edib.

Dövlət başçısının sözlərinə görə, məsuliyyətsizliklə əlaqədar faktlar daxil olur:

"Eyni zamanda, biz açıq təxribatı da görürük. Bu təxribat haradan gəlir, həmin o beşinci kolondan, içimizdə oturan düşmənlərdən, özünü müxalifət adlandıran ünsürlərdən, xaricdən pul alan satqınlardan. Onların əsas məqsədi Azərbaycanı məhv etməkdir. Azərbaycan üçün nə qədər pisdirsə, onlar üçün o qədər yaxşıdır.

Baxın, onların sosial şəbəkələrdəki çıxışlarına, nifrətlə, təxribatla doludur. Sanki istəyirlər ki, iğtişaş olsun. İstəyirlər ki, aləm qarışsın. İstəyirlər ki, panika olsun. Sonra da deyirlər ki, onlar Azərbaycan xalqının qayğıları ilə yaşayırlar. Onlar düşməndirlər və biz bunu açıq deməliyik. Bu xəstəlik hələ bilinmir nəyə gətirib çıxaracaq. Ona görə bu xəstəlik dövründə tamamilə yeni münasibətlər qaydaları mövcud olacaq”.

Qeyd edək ki, Azərbaycanda koronavirusa qarşı mübarizə tədbirləri çərşivəsində martın 14-dən etibarən xüsusi rejim tətbiq olunur.
 

OXŞAR XƏBƏRLƏR

ƏN SON XƏBƏRLƏR

19:44 03.04.2020

Xaliq Hüseynovdan maarifləndirici video: "Sabahımıza gedən yolu #evdeqal araq işıqlandıraq!"

19:41 03.04.2020

Məşhur stadion müalicə mərkəzinə çevriləcək

19:01 03.04.2020

Gənclər 70 ahıl və aztəminatlı ailəyə zəruri ərzaq məhsulları təqdim edib -Foto

18:34 03.04.2020

Bu ölkə Çinin sərhəd qonşusu olsa da, orada COVID-19-a yoluxma halı qeydə alınmayıb

18:23 03.04.2020

“Koronavirus təkcə ağciyərləri deyil, beyin və ürəyi də zədələyir” - Almaniyada həkim işləyən azərbaycanlı

18:15 03.04.2020

Koronavirusa qarşı peyvənd sınaqdan keçirildi

17:13 03.04.2020

DİN: Maska və əlcəkdən istifadə etməməyə görə cərimə yoxdur

17:10 03.04.2020

Binəqədi Rayon İcra Hakimiyyətinin sakinlərə - Video müraciəti

16:54 03.04.2020

Səbəbsiz yerə evdən çıxan sürücü və sərnişinlər 100 manat cərimələndi - FOTOLAR

16:36 03.04.2020

Bank of Baku Elektron Kommersiya Xidmətini PULSUZ etdi!

16:25 03.04.2020

“Azərsu”: Borca görə su kəsilməyəcək

16:09 03.04.2020

“Özlərini bilərəkdən ölümün qucağına atmasınlar” - Xəbərdarlıq

15:53 03.04.2020

Məşhur tarzən Şəhriyar İmanov eyvanda canlı konsert verdi - VİDEO - #evdəqal

15:37 03.04.2020

Bakıda məşhur müğənni karantinə belə aparıldı... - VİDEO

15:25 03.04.2020

Karantin rejimini pozmağa görə cəzalar: cərimədən 5 il həbsə qədər

15:12 03.04.2020

Prezident: "Bu xəstəliyə qarşı mübarizə yekunlaşandan sonra iqtisadi fəallıq bərpa ediləcək"