Prezident: "Yeni inkişaf mərhələsinə qədəm qoyuruq"

SİYASƏT
17:50 14.02.2020
4041
"Mənim üçün də konfransda iştirak etmək mühüm əhəmiyyət kəsb edir. Bu məqsədlə mən Münhenə neçə ildir ki, səfər edirəm. Bu, auditoriya qarşısında çıxış etmək üçün hər zaman yaxşı fürsətdir. Çünki dünyada, regionumuzda vəziyyət dəyişir".

AZXEBER.COM report-a istinadən xəbər verir ki, bunu fevralın 14-də 56-cı Münhen Təhlükəsizlik Konfransında iştirak etmək üçün Almaniya Federativ Respublikasında səfərdə olan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev bu ölkənin Şərqi Biznes Assosiasiyasının baş icraçı direktoru Mixael Harms və assosiasiyanın Cənubi Qafqaz ölkələri üzrə işçi qrupunun rəhbəri, "Veridos GmbH” şirkətinin baş icraçı katibi Andreas Reşmayer ilə görüşündə deyib.

"Biz indi Azərbaycanda yeni inkişaf mərhələsinə qədəm qoyuruq. Buna görə də bu mühüm məsələlərin müzakirəsi çox önəmlidir. Xüsusilə səfərimin ikitərəfli formatı da çox əhəmiyyətlidir. Çoxsaylı görüşlər var. Xatırlayıram ki, əksər hallarda bəzi ilkin fikir mübadilələri bir sıra çox nəzərəçarpan nəticələrə gətirib çıxarıb. Buradakı təmaslar nəticəsində çoxlu sayda ticarət müqavilələri imzalanıb. Həmçinin zəruri olan regional təhlükəsizlik, regional əməkdaşlıq, enerji siyasəti dünya üçün daha çox əhəmiyyət kəsb edir. Mən də sizi görməyə çox şadam. Çünki bildiyiniz kimi, bizim alman şirkətləri ilə çox dərin əməkdaşlığımız var. Onlar uzun illərdir, Azərbaycanda fəaliyyət göstərir və ölkəmiz üçün çox mühüm olan müxtəlif infrastruktur, enerji istehsalı və tikinti ilə bağlı layihələr həyata keçiriblər. Düşünürəm ki, qarşıdakı illərdə daha çox imkanlar olacaq, çünki daha böyük potensiala malik Azərbaycanın imkanları artır", - dövlət başçısı əlavə edib.

OXŞAR XƏBƏRLƏR

ƏN SON XƏBƏRLƏR

14:44 29.09.2020

Məktəblilərdən Milli Ordumuza dəstək aksiyası - VİDEO

14:43 29.09.2020

Mövlud Çavuşoğlu Azərbaycanın Ankaradakı səfirliyini ziyarət etdi

14:40 29.09.2020

Ordumuz üçün könüllü qan verənlər izdiham yaratdı - FOTO

14:29 29.09.2020

Müdafiə Nazirliyi: "Madagizdəki Ermənistan ordusunun alayı tamamilə demoralizə olunub"

14:23 29.09.2020

Ordumuz tərəfindən öldürülən erməni komandirinin vəsiqəsinin fotoları yayılıb - FOTO

14:19 29.09.2020

XİN: Azərbaycan Ordusu əks-hücumlarda beynəlxalq humanitar hüquqa tam və qətiyyətlə riayət edir

14:09 29.09.2020

Rusiya Dövlət Dumasından Dağlıq Qarabağdakı vəziyyətlə bağlı BƏYANAT

14:04 29.09.2020

Raquf Orucovun həyat yoldaşı: “Azərbaycan ordusu yeni tarix yazır”

14:03 29.09.2020

İlham Əliyev: Jurnalistlər həbsxanada ölür, siyasi müxalifət sıxışdırılır

13:57 29.09.2020

Rusiyaya aid yük maşınlarının Ermənistana keçirilməsi dayandırıldı

13:54 29.09.2020

İran XİN: “Silah aparılması üçün ölkəmizin ərazisindən istifadə edilməsinə əsla icazə vermərik”

13:44 29.09.2020

İlham Əliyev: “Beynəlxalq ictimaiyyət ağılsız diktatoru dayandıra bilmirsə, Azərbaycan dayandıracaq”

13:40 29.09.2020

Angela Merkel İlham Əliyevə zəng edib

13:38 29.09.2020

Hikmət Hacıyev: "Ermənistanın Azərbaycana təcavüzü onların öz ərazisindən də həyata keçirilir"

13:38 29.09.2020

Ordumuzun dron-kamikadzesinin gizlənməyə çalışan düşmənləri məhv etməsinin görüntüləri - ANBAAN VİDEO

13:36 29.09.2020

“Ermənistan ordusunun alay komandiri ağır yaralanıb”

X Mostbet