BAKU AZƏRBAYCAN
8°C
euro 1.8594
dollar 1.7000
rubl 0.0215
lirə 0.2534

Prezidentə ən çox hansı icra başçılarından şikayət edilir? - RƏSMİ

Prezidentə ən çox hansı icra başçılarından şikayət edilir? - RƏSMİ
SİYASƏT
10:34 19.02.2020
5900
RƏSMİ" />
"Vətəndaşların ərizələri əsasən onların düşdükləri müəyyən çətinliklərin, o cümlədən mənzil-məişət, təhsil, sağlamlıq problemlərinin həlli barədə xahişlərdən ibarət olursa, şikayətləri bilavasitə pozulan hüquqlarının müdafiəsi və bərpası, qanuni tələblərinin yerinə yetirilməsinə törədilən əngəllərin aradan qaldırılması, vəzifəli şəxslərin qanunazidd hərəkətlərinə qarşı müvafiq tədbirlər görülməsi barədə olur”.

AZXEBER.COM xəbər verir ki, bu, Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Vətəndaşların müraciətləri ilə iş şöbəsinin müdiri Süleyman İsmayılovun rəsmi mətbuatda dərc edilən "Azərbaycan Prezidentinin dərin islahatları vətəndaş müraciətlərində qaldırılan məsələlərin həllinə böyük inam yaradır” başlıqlı məqaləsində əksini tapıb.

Məqalədə qeyd edilib ki, şikayətlərin təhlili və onlara obyektiv baxılması dövlət qurumlarında biganəliyin, süründürməçiliyin qarşısını almağa kömək etdiyinə görə bu müraciətlər daha diqqətlə öyrənilir. Prezident Administrasiyasına daxil olan şikayətlər hansı sahələrdə və ya hansı bölgələrdə işin düzgün qurulmadığını da əks etdirdiyinə görə onların sayı, mövzuları, haradan daxil olması və onları doğuran səbəblər mütəmadi olaraq təhlil edilir:

"Ümumiyyətlə, 2019-cu ilin rəqəmləri göstərir ki, şikayətlərin sayı 2018-ci illə müqayisədə Xətai, Yasamal, Yevlax, Ağdam, Ağstafa, Ağsu, Beyləqan, Bərdə, Biləsuvar, Cəbrayıl, Gədəbəy, İmişli, Laçın, Neftçala, Salyan, Şamaxı, Şəmkir, Zərdab, digər şəhər və rayonlardan artmış, Sabunçu, Daşkəsən, Göygöl, Hacıqabul və başqa rayonlardan azalıb.

Mövzular üzrə təhlil göstərir ki, hüquq-mühafizə və məhkəmə orqanlarının, həmçinin vəzifəli şəxslərin fəaliyyəti, bank əməliyyatları, kreditlərin verilməsi, əmək mübahisələri, işdən çıxarılma, səhiyyə müəssisələrinin və tibbi personalın fəaliyyəti, fərdi torpaq və əkin sahələrinin zəbt olunması, əlillik dərəcələrinin düzgün təyin edilməməsi, tibbi-sosial ekspert komissiyalarının, özəl müəssisələrin fəaliyyəti, mərkəzi və yerli qurumlarda vətəndaşların qəbulu və müraciətlərinə baxılması, bəzi şəhər, rayon icra hakimiyyətlərinin və bələdiyyələrin fəaliyyəti ilə bağlı şikayətlər daha çoxdur. Bəzi şəhər, rayon icra hakimiyyətlərinin, yerli icra hakimiyyəti başçılarının inzibati ərazi üzrə nümayəndələrinin fəaliyyəti barədə şikayətlər az deyil. 2019-cu ildə Prezident Administrasiyasına bələdiyyələrin fəaliyyəti ilə bağlı daxil olan müraciətlərin ümumi sayı əvvəlki illə müqayisədə 31 faiz, şikayətlərin sayı 46,4 faiz artıb.

Bələdiyyələrin fəaliyyətindən narazılıq bildirilən müraciətlər Binəqədi, Xəzər, Lənkəran, Şəki, Ağcabədi, Beyləqan, Bərdə, Biləsuvar, Cəlilabad, Gədəbəy, Göyçay, İmişli, Masallı, Saatlı, Sabirabad, Şabran, Şamaxı, Şəmkir, Zaqatala, Zərdab, digər şəhər və rayonlardan daha çox olub”.


OXŞAR XƏBƏRLƏR

ƏN SON XƏBƏRLƏR

23:12 02.04.2020

"Yaxın qohumun vəfat etməsi ilə bağlı həkimin təsdiq etdiyi teleqram vacibdir" - İbrahim Məmmədov

22:59 02.04.2020

İtaliyada bu gün koronavirusdan 760 nəfər öldü

22:50 02.04.2020

Azərbaycanda evdən çıxmaq üçün SMS-i belə göndərməliyik - VİDEO

22:31 02.04.2020

ABŞ-da koronavirus qurbanlarının sayı 5,3 min nəfəri ötdü

22:18 02.04.2020

Evdən çıxmaq məqsədilə 8103-ə yanlış SMS göndərənlərə xəbərdarlıq edildi

21:59 02.04.2020

Türkiyədə koronavirusdan ölənlərin sayı 356-ya çatıb

21:31 02.04.2020

SMS-lər pulsuz olacaq

21:27 02.04.2020

Xüsusi karantin dövründə fasiləsiz işləyəcək müəssisələr açıqlandı

21:13 02.04.2020

Yalan məlumat verib küçəyə çıxanlar cəzalandırılacaq

20:38 02.04.2020

Küçəyə bu nömrəyə SMS yazıb çıxacaqsız - Qaydalar açıqlandı

20:28 02.04.2020

Son dəqiqə! Aprelin 5-dən Azərbaycanda hərəkətə məhdudiyyət qoyulur

19:54 02.04.2020

Məleykə Abbaszadə: “Biz sadəcə gözləyərək vaxt itkisinə yol verə bilmərik”

19:19 02.04.2020

Bakıda qanunsuz dayanmağa və durmağa görə cərimələr ləğv edilib

18:57 02.04.2020

SOCAR-ın prezidenti: “Ayın 10-dan başlayaraq növbələr tədricən dəyişiləcək” - Foto

18:22 02.04.2020

Ukraynada həkim ağır vəziyyətdə gətirilən xəstəni evə göndərdi

18:21 02.04.2020

Mehriban Əliyeva: "Aprel döyüşlərində həlak olmuş igid oğullarımızın əziz xatirəsi qəlbimizdə daim yaşayacaq"