Prezident:"Əsədın sonu məlumdur"

Prezident:"Əsədın sonu məlumdur"
Bütün Xəbərlər
13:48 31.01.2012
1501

Türkiyə prezidenti Abdulla Gül Suriyada proseslərin qaçılmaz sona doğru getdiyini deyib.

AZXEBER.COM-un TRT-yə istinadən verdiyi xəbərə görə, Gül Əsadın sonunun məlum olduğunu bildirib.

Birləşmiş Ərəb Əmirliklərində jurnalistlərə açıqlama verən Gül Ərəb Birliyinin addımlarından da məmnun olduqlarını söyləyib: "Bəziləri Türkiyənin Suriyada müharibə olmasını istədiyini düşündür. Ancaq Türkiyə prezidentin liderliyində bir dəyişiklik olması üçün hər şeyi etdi. Artıq Suriyada qaçılmaz mərhələyə girilib. Əsas məsələ bu vəziyyətin uzanmamasıdır".

Abdulla Gül həmçinin Suriyaya xarici müdaxiləyə qarşı olduğunu bildirib.

OXŞAR XƏBƏRLƏR