Prezidentin köməkçisi: “Ermənistan regionda yeni gərginlik ocağı yaratmağa cəhd göstərir” - Video

Prezidentin köməkçisi: “Ermənistan regionda yeni gərginlik ocağı yaratmağa cəhd göstərir” - Video
SİYASƏT
18:21 22.07.2020
1268

Prezidentin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Fransanın "France24” televiziya kanalına müsahibə verib.

AZXEBER.COM xəbər verir ki, verilişdə Hikmət Hacıyev Ermənistanın Azərbaycana qarşı hərbi təcavüz törətdiyini, 30 ilə yaxın müddətdə Azərbaycan ərazilərini işğal altında saxladığını və Ermənistanın Azərbaycana qarşı başladığı müharibənin davam etdiyini bildirib.

Prezidentin köməkçisi dövlət sərhədinin Tovuz istiqamətində baş vermiş toqquşmanın təsadüfi sərhəd insidenti olmadığını, Ermənistanın Azərbaycana qarşı davam edən hərbi təcavüz siyasətinin tərkibi olduğunu bildirib.

H.Hacıyev 2018-ci il Düşənbə görüşündən etibarən Azərbaycanın danışıqlar prosesini irəli aparmaq üçün konstruktiv addımlar atmasına baxmayaraq, Ermənistanın irticaçı xarakter daşıyan hərbi doktrina qəbul etdiyini, Ermənistan müdafiə nazirinin "yeni müharibələr, yeni ərazilər” şüarı ilə çıxış etdiyini, N.Paşinyanın "Qarabağ Ermənistandır” deməklə Azərbaycan ərazilərini anneksiya siyasəti yürütdüyünü xatırladıb. H.Hacıyev Ermənistanın rasizm və şovinizmə əsaslanan yeni milli təhlükəsizlik strategiyasını qəbul etdiyini vurğulayıb. O, Ermənistanın bu kimi addımlarının Tovuzda baş vermiş yeni təcavüz üçün zəmin yaratdığını deyib.

Hikmət Hacıyev Azərbaycanın Ermənistanla sərhəd zonasında hər hansı hərbi məqsədlərini olmadığını, əksinə ölkəmizin həmin ərazidə sabitliyin təmin olunmasında maraqlı olduğunu vurğulayıb.

O, Ermənistanın bu hücumu törətməklə aşağıdakı məqsədləri güddüyünü deyib:

- Ermənistan bu yolla Ermənistan-Azərbaycan münaqişəsindən diqqəti yayındırmağa və danışıqlar prosesini pozmağa çalışır;

- Ermənistan regionda yeni gərginlik ocağı yaratmağa cəhd göstərir;

- Ermənistan üçüncü tərəfləri və üzv olduğu hərbi-siyasi təşkilatları münaqişəyə cəlb etməyə çalışır;

- Ermənistan kənarda qaldığı Şərq-Qərb dəhlizi və Azərbaycanın neft-qaz kəmərlərinə təhlükə yaratmağa səy göstərir;

- Ermənistan eyni zamanda gərginlik yaratmaqla ölkədaxili ciddi sosial-iqtisadi problemlərdən diqqəti yayındırmağa çalışır.

Prezidentin köməkçisi Ermənistanın Azərbaycanın mülki obyektlərini hədəfə aldığını və bir mülki şəxsin həlak olduğunu, Ermənistanın hərbi dairələrinin Azərbaycanı və ölkəmizin neft-qaz infrastrukturunu İskander raketləri ilə hədələdiyini diqqətə çatdırıb.

ATƏT-in Minsk Qrupunun həmsədlərinin fəaliyyətinə toxunan H.Hacıyev danışıqların mahiyyətli olmalı olduğunu, həmsədrlərin BMT Təhlükəsizlik Şurasının qətnamələrindən irəli gələn mandatlarını yerinə yetirməli və Azərbaycan ərazilərinin işğaldan azad edilməsi istiqamətində fəaliyyət göstərməli olduqlarını bildirib.

O, Ermənistanın saxtalaşdırılmış tarixin girovu olduğunu qeyd edərək Ermənistan qoşunlarının Azərbaycanın işğal olunmuş ərazilərində mövcudluğunun hər zaman yeni gərginliyə yol aça biləcəyini vurğulayıb, qoşunların təmas xəttindəki vəziyyətin Birinci Dünya Müharibəsində Fransa və Almaniya arasında olan səngər müharibəsinə bənzədiyini deyib.

O, XXI əsrdə işğalın və güc tətbiq edərək dövlətlərin beynəlxalq səviyyədə tanınmış sərhədlərinin dəyişdirilməsi cəhdlərinin qəbuledilməz olduğunu vurğulayıb və Ermənistan qoşunlarının işğal olunmuş ərazilərdən çıxarılmalı olduğunu bildirib.


OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Makron Fransa Hərbi Dəniz Qüvvələrinin Reunion sahillərində tankeri saxladığını açıqladı
01:16 13.10.2026
Makron Fransa Hərbi Dəniz Qüvvələrinin Reunion sahillərində tankeri saxladığını açıqladı
Niyə bəzi insanlar daha tez qocalır?
01:03 13.10.2026
Niyə bəzi insanlar daha tez qocalır?
ABŞ rəsmisi: Trampın Ukrayna böhranını həll etmək cəhdlərinə müdaxilə edilməməlidir
00:50 13.10.2026
ABŞ rəsmisi: Trampın Ukrayna böhranını həll etmək cəhdlərinə müdaxilə edilməməlidir
Zelenski Trampın həmin açıqlamasına cavab verdi
00:40 13.10.2026
Zelenski Trampın həmin açıqlamasına cavab verdi
İrlandiya millisinin sabiq məşqçisi cinsi zorakılığa görə 15 il yarım həbs edilib
00:32 13.10.2026
İrlandiya millisinin sabiq məşqçisi cinsi zorakılığa görə 15 il yarım həbs edilib
Sabiq kansler prezident oldu
00:24 13.10.2026
Sabiq kansler prezident oldu
Yaxın günlərdə bu bürclərin sevgi münasibətlərində problemlər yarana bilər
00:16 13.10.2026
Yaxın günlərdə bu bürclərin sevgi münasibətlərində problemlər yarana bilər
“Real Madrid”in ulduzu bu komandaya gedir
00:09 13.10.2026
“Real Madrid”in ulduzu bu komandaya gedir
Bakıda ət niyə baha satılır? - VİDEO
00:03 13.10.2026
Bakıda ət niyə baha satılır? - VİDEO
Ronaldonun “Neftçi” ilə matçı raket hücumuna görə təxirə salındı
23:56 12.10.2026
Ronaldonun “Neftçi” ilə matçı raket hücumuna görə təxirə salındı
Kiyevdə 25 mərtəbəli yaşayış binasına dron zərbəsi endirilib, ölən və yaralananlar var
23:52 12.10.2026
Kiyevdə 25 mərtəbəli yaşayış binasına dron zərbəsi endirilib, ölən və yaralananlar var
"Azərbaycan cəmiyyəti həmişə olduğu kimi xarici təxribatlara uymamalıdır" - VİDEO
23:41 12.10.2026
"Azərbaycan cəmiyyəti həmişə olduğu kimi xarici təxribatlara uymamalıdır" - VİDEO
"Liverpul"un sabiq baş məşqçisi Arne Slot UEFA-da yeni vəzifəyə təyin edilib
23:36 12.10.2026
"Liverpul"un sabiq baş məşqçisi Arne Slot UEFA-da yeni vəzifəyə təyin edilib
İran XİN Böyük Britaniyanın ittihamlarını pisləyib
23:29 12.10.2026
İran XİN Böyük Britaniyanın ittihamlarını pisləyib
Səbuhi Abbasov ATƏT-də Ermənistana çağırış etdi: “Əsl demokratiya siyasi bəyanatlarla deyil, ədalətlə ölçülür” - VİDEO
23:25 12.10.2026
Səbuhi Abbasov ATƏT-də Ermənistana çağırış etdi: “Əsl demokratiya siyasi bəyanatlarla deyil, ədalətlə ölçülür” - VİDEO
Paytaxtın bu ərazilərində işıq olmayacaq
23:16 12.10.2026
Paytaxtın bu ərazilərində işıq olmayacaq